Ölkəmizdə demokratik seçki mühiti mövcuddur
03.09.2013 [09:18]
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında növbəti seminar keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında növbəti seminar müşavirəsi keçirilib. YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Seçki Qərargahının iş fəaliyyəti, vəzifə bölgüləri, qarşıda dayanan məsələlər barəsində ətraflı məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə demokratik seçki ənənələri və qazanılmış mükəmməl seçki təcrübəsi mövcuddur. Ölkədə seçkiqabağı ictimai-siyasi duruma, vətəndaşların seçki ilə bağlı informasiya təminatına toxunan A.Hüseynov, həmçinin, bütövlükdə cəmiyyətimizin prosesə hazırlığından bəhs edib. YAP Siyasi Şurasının üzvü qeyd edib ki, hər bir cəmiyyətin inkişafında seçki amili xüsusi önəm kəsb edir.
“Sözsüz ki, bu ilin seçki ili olması prosesdə yaxından iştirak edəcək şəxslər üçün əlavə məsuliyyətlər müəyyənləşdirir. YAP Qaradağ rayon təşkilatının da iş fəaliyyəti, üzvlərinin qrafik üzrə müəyyənləşmiş istiqamətlərdə üzərlərinə düşən vəzifələr artıq müəyyənləşdirilib. Eyni zamanda, partiya fəalları ilə aparılan treninqlər onların seçkiyə tam hazırlığına, qarşıda dayanan vəzifələrin əhatəli həllinə yönəlib” - deyən, YAP Siyasi Şurasının üzvü bu seçkilərdə də demokratik dəyərlərin tam təmin olunacağına əminliyini ifadə edib. Təşkilat sədri Qaradağ rayonu üzrə bütövlükdə YAP ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə toxunaraq onların işinin müəyyənləşmiş qrafik üzrə qurulmasından, qarşıda dayanan məsələlərin həllindən bəhs edib. Aydın Hüseynov YAP Qaradağ rayon təşkilatı üzrə fəaliyyət göstərən 122 ərazi ilk partiya təşkilatında seçki ili ilə bağlı üzvlərin siyahısının dəqiqləşdirilməsi, Ələt qəsəbəsi üzrə ərazi ilk partiya təşkilatı və Sahil qəsəbəsi üzrə ərazi ilk partiya təşkilatlarında görülən və görüləcək işlərlə bağlı artıq nəticələrin olduğunu, eyni zamanda, digər ərazi ilk təşkilatlarındakı proseslərin də sürətlə yekunlaşdığını seminar iştirakçılarının diqqətinə çatdırıb. YAP Qaradağ rayon təşkilatında artıq görüləcək işlərin qrafikinin müəyyənləşdiyini, eyni zamanda, bütövlükdə rayon üzrə partiya üzvlərinin siyahısında yenidən dəqiqləşdirmələrin aparıldığını bildirən təşkilat sədri YAP İcra Katibliyi tərəfindən verilən tapşırıq və təlimatlara uyğun olaraq işlərin həyata keçirildiyini də vurğulayıb.
Digər çıxışçılar Ramin Quliyev, Nəsir Həsənov, Əlizamin Məmmədov və başqaları ölkəmizdə azad, ədalətli seçki mühitinin olmasından, insanlarımızın öz iradələrini sərbəst formada ifadə edə biləcək mühitin mövcudluğundan danışıblar. YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri Ruslan İsmayılov qarşıdan gələn prezident seçkilərinin açıq, şəffaf keçirilməsi üçün hər bir şəxsin üzərinə düşən vəzifələri layiqli formada yerinə yetirməyin önəmindən danışıb. Seminar qarşılıqlı fikir mübadiləsi, seçki ilə bağlı təcrübi məsələlər ətrafında müzakirələrlə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35

