Şanlı Azərbaycan Ordusu: qəhrəmanlıq və şücaət nümunəsi
25.06.2025 [14:50]
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ölkəmizdə hərbi qüdrətin və vətənpərvərlik ruhunun rəmzi kimi qeyd olunur. Həmin gün dövlətçiliyimizin möhkəm dayaqlarından birini – güclü ordunu təcəssüm etdirir. Azərbaycan Ordusunun bu səviyyəyə çatmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri və Prezident, Ali Baş Komandan İlham Əliyevin müasir dövrdəki prinsipial siyasəti mühüm rol oynamışdır.
Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən sonra milli hərbi kadrların hazırlanmasına böyük önəm verdi. Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı və bu faktor ölkəmizdə hərb sahəsinə peşəkar yanaşmanın əsasını qoydu. Həmçinin, SSRİ dövründə azərbaycanlı gənclərin hərbi məktəblərə qəbuluna xüsusi dəstək verilməsi gələcək müstəqil Azərbaycanın zabit potensialının formalaşmasına zəmin yaratdı.
Azərbaycanın müstəqilliyinin ilk illərində ordu quruculuğu zəif səviyyədə idi. Ölkəmizin müxtəlif bölgələrində ayrı-ayrı silahlı qruplaşmalar dövlət təhlükəsizliyini təhdid edirdi. 1993-cü ildə xalqın təkidli təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin strukturlaşması və modernləşməsi intensiv mərhələyə keçdi.
1998-ci ildə Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ordu quruculuğunu milli təhlükəsizlik və dövlət siyasətinin prioritet istiqamətinə çevirdi. Ordunun texniki təchizatı müasirləşdirildi, hərbi təlimlər intensivləşdirildi, şəxsi heyətin sosial rifahı və döyüş hazırlığı artırıldı. Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən qüdrətli ordusuna çevrildi. “Global Fire Power” reytinqinə görə, şanlı ordumuz dünya miqyasında ən güclü 50 ordudan biri kimi tanınır.
2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi ordumuzun döyüş qabiliyyətinin real göstəricisi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etdi. Şuşa şəhərinin azad olunması ilə qələbənin əsas mərhələsi tamamlandı. 10 noyabrda imzalanan Üçtərəfli Bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdi.
Vətən müharibəsindən sonra əldə edilən təcrübə əsasında ordu strukturuna yeni yanaşma tətbiq olundu. Komando hərbi hissələri yaradıldı, xüsusi təyinatlı qüvvələr gücləndirildi. Müdafiə sistemində çeviklik, manevr və dəqiq zərbə imkanları artırıldı. Ordumuzun qəhrəmanlıq salnaməsini əbədiləşdirmək məqsədilə “Zəfər”, “Qarabağ” ordenləri və həmçinin, 15 yeni medal təsis olundu. Azad edilmiş şəhərlərdə Zəfər və İşğal muzeylərinin inşası aparılır.
2022-ci ildə yaradılmış Milli Müdafiə Universiteti Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanaraq, Azərbaycanda vahid hərbi təhsil sisteminin təməlini qoydu. Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu və Hərbi liseylər bu struktur daxilində fəaliyyət göstərir.
2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Konstitusiya quruluşu tam bərpa edildi, dövlət suverenliyi və ərazi bütövlüyü təmin olundu. Cəmi 23 saat 43 dəqiqə davam edən yüksək dəqiqlikli və peşəkar əməliyyat separatçı silahlı birləşmələrin müqavimətini qırdı və onların təslim olmaları ilə nəticələndi.
Ölkəmizin hərbi sənaye kompleksi mindən çox məhsul istehsal edir və bu məhsullar beynəlxalq sərgilərdə nümayiş olunur. 2025-ci ildə ölkənin müdafiə və təhlükəsizlik xərcləri 8,4 milyard manata çatdırılıb ki, bu da orduya verilən əhəmiyyətin göstəricisidir.
Azərbaycan Silahlı Qüvvələrinin bu günkü səviyyəyə çatması illərlə aparılan uzaqgörən siyasətin, strateji baxışın və əzmkar liderliyin nəticəsidir. Ordu quruculuğu prosesi təkcə hərbi deyil, həm də siyasi, ideoloji və milli-mənəvi dəyər kimi müasir dövlətçilik tarixində öz layiqli yerini tutub.
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

