İmişli sakinləri öz seçimlərini ediblər
17.09.2013 [10:06]
Onlar 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar
Dünən İmişli rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində seçicilərlə ilk görüş keçirilib. Rayon Mədəniyyət sarayında keçirilən görüşdə 750 nəfərdən çox seçici iştirak edib.
Görüşü YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev açaraq partiyamızın təbliğat kampaniyasına uğurla start verdiyini bildirib. O, Prezident İlham Əliyevin son 10 il ərzində uğurlu siyasət həyata keçirdiyini deyərək bu siyasətin insanlar tərəfindən dəstəkləndiyini vurğulayıb. S.Ağayev bütün Azərbaycan vətəndaşları kimi İmişli sakinlərinin də növbəti dəfə cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıb.
Mərasimdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini bildirib: “İqtisadiyyatı inkişafın təməl daşı kimi dəyərləndirən dövlətimizin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir ki, beynəlxalq aləm inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir edir və öyrənilməsinin vacibliyini bildirir. Ölkəmizin hərtərəfli tərəqqisində qeyri-neft sektorunun inkişafını vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı davamlı addımlar iqtisadiyyatın şaxələndirilməsini reallığa çevirib”.
H.Məmmədov iqtisadi siyasətin gələcəkdə də daha uğurlu nəticələr verəcəyini deyib və seçiciləri bu siyasəti həyata keçirən Prezident İlham Əliyevə səs verməyə çağırıb.
Beynəlxalq təhsil və innovasiya təşkilatının rəhbəri Arif Qaraşov çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişaf siyasəti çox uğurlu nəticələr verir. Onun fikrincə, bu amil inkişaf proqramlarının uğurlu icrası hədəflərə çatmağa stimul yaradır: “Qarşıdakı on il üçün əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Dövlət başçısı İlham Əliyev bildirir ki, inkişaf etmiş ölkələrə diqqət yetirsək, onlarda paytaxtla bölgələr arasında heç bir fərq olmur. Son 10 ildə ümumi daxili məhsul üç dəfə artıb. Dünyanı bürüyən maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatının artması beynəlxalq səviyyədə uğurlu siyasətin məntiqi nəticəsi kimi dəyərləndirildi”.
A.Qaraşov İmişli sakinlərinin 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklərinə əminliyini ifadə edib. Çünki bu insanlar növbəti beş ildə də inkişaf siyasətinin davam etməsini arzulayır.
Millət vəkili Əsabil Qasımov isə çıxışında Prezident İlham Əliyevin siyasəti nəticəsində əhalinin sosial rifahının daim yüksəldiyini diqqətə çatdırıb. Son vaxtlar müxtəlif kateqoriyadan olan insanların əməkhaqlarını, müavinətlərinin və təqaüdlərinin artımını xatırladan Ə.Qasımov bu siyasətin davamlı xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətinin əsasında Azərbaycan vətəndaşları dayanır: “Ona görə də, inanırıq ki, vətəndaşlarımız ölkəmizi yüksəlişə aparan siyasətə, cənab İlham Əliyevə səs verəcək”.
Tədbirdə çıxış edən seçicilər artıq seçim etdiklərini vurğulayıblar: “Biz Prezidentimizə inanırıq və 9 oktyabrda məhz Ona səs verəcəyik”.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

