Daha böyük qələbələr naminə İLHAMLI GƏLƏCƏYƏ doğru!!!
17.09.2013 [10:07]
Bərdəlilər YAP Sədri cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edir və Onun həyata keçirdiyi siyasəti dəstəkləyir
Dünən Bərdə rayonunda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Bərdə rayonu üzrə Seçki Qərargahının üzvləri seçicilərlə ilk görüşlərini keçiriblər. Rayonun Güloğlular kəndinin mərkəzi meydanında keçirilən görüşü YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq deyib ki, Azərbaycan vətəndaşları, o cümlədən, bərdəlilər Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edir və Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər: “Bu gün ölkənin gələcəyini düşünən hər bir bərdəlinin dilindən yalnız bir şüar səslənir- Daha böyük qələbələr naminə İLHAMLI GƏLƏCƏYƏ doğru!!!”.
Görüşdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva da cənab İlham Əliyevin 10 illik fəaliyyətindən danışıb. O, bildirib ki, ötən 10 il ərzində Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub, ölkəmiz 155 dövlətin səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, Azərbaycan cəmi 4 dəfə Avropanın “Eurovision” mahnı müsabiqəsində iştirak etməklə onun qalibi olub.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Azərbaycanın bütün bölgələri, o cümlədən Bərdə rayonu keyfiyyətcə yeni inkişaf erasını yaşamaqdadır: “Məhz bu proqramların icrası nəticəsində yeni müəssisələr işə salınıb. Bunun nəticəsi olaraq yeni iş yerləri açılıb və regionlardan şəhərə axının qarşısı alınıb. Eyni zamanda, sahibkarlığın dəstəklənməsi, fermerlərə güzəştli kreditlərin ayrılması, kəndlilərə fəaliyyət göstərmək üçün əlverişli şəraitin yaradılması insanların maddi rifah halını yüksəldir. Həmçinin, regionlarda yeni məktəblərin, diaqnostika mərkəzlərinin, olimpiya komplekslərinin tikilməsi, parkların salınması həmin insanların istirahətinin, rahatlığının təmin edilməsi deməkdir”.
Çıxışının sonunda Gövhər Baxşəliyeva Azərbaycanın gələcək inkişafı naminə seçiciləri İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Əməkdar müəllim, YAP rayon təşkilatı şurasının üzvü Rzaqulu Şərifov Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə təhsil sahəsində görülmüş işlərdən danışıb. O, bildirib ki, son illər ərzində rayonda onlarla yeni məktəb binası tikilərək, təmir olunaraq hər cür təchizatı ilə birlikdə məktəblilərin istifadəsinə verilib.
Görüşdə çıxış edən partiya fəalı Nizami Quliyev regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramları və bu proqramların icrası nəticəsində Bərdə rayonunda görülən işlər barədə danışıb.
Çıxışlarda qeyd olunub ki, bu gün uğurla davam etdirilən siyasi kurs, torpaqlarımızın sülh yolu ilə geri qaytarılması və Azərbayanın ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən tədbirlər çox yaxın zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə olan nikbin baxışları və ümidləri daha da artırıb. Bu gün qüdrətli və zəngin, demokratik cəhətdən inkişaf etmiş Azərbaycanın, söz sahibi olan ölkənin qürurlu vətəndaşı olmaq istəyən hər bir kəs 9 oktyabr prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcək.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16

