Sumqayıt seçiciləri hər zaman Prezident İlham Əliyevi dəstəkləyirlər
19.09.2013 [10:19]
Sumqayıtda seçicilərlə növbəti görüş keçirilib
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin Sumqayıt şəhəri üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Kampaniya çərçivəsində növbəti görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, bu gün Azərbaycanda cənab İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur: “Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirib. Hər bir azərbaycanlı 9 oktyabrda seçki məntəqələrinə gedərək İlham Əliyevin növbəti 5 ildə də ölkəmizə rəhbərlik etməsi üçün səs verməlidir”.
Çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov bildirib ki, Sumqayıt əhalisi hər zaman dövlətçiliyin keşiyində dayanıb. Bu mənada seçicilərimiz Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevi gələcək 5 ildə də ölkəmizin rəhbəri görmək niyyətindədirlər. N.Qəhrəmanov deyib ki, Sumqayıt əhalisi hər zaman öz Prezidentini dəstəkləyib.
Görüşdə çıxış edən milət vəkili Leyla Abdullayeva deyib ki, son illərdə şəhərimizdə aparılan abadlıq, quruculuq işləri gözümüzün önündədir. Cəmisi 2 il ərzində şəhərin siması yenilənib, müasir infrastruktur yaradılıb: “Prezident İlham Əliyevin apardığı daxili siyasət bütün sferaları özündə birləşdirir. Hər bir sahəyə qayğı, dəstək addımbaşı hiss olunur. Son 10 ildə ölkəmizdə yüzlərlə yeni məktəb binası tikilib, əsaslı təmir olunub. Bu, cənab İlham Əliyevin Azərbaycanın işıqlı gələcəyi üçün açdığı yoldur. Azərbaycan işıqlı gələcəyə İlham Əliyevlə gedəcək”.
Daha sonra çıxış edən “Sumqayıt” qəzetinin baş redaktoru Qüdrət Məlikov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 10 il ərzində bütün sahələrdə uğurlar əldə edib: “Bu uğurların davamı üçün biz yalnız və yalnız cənab İlham Əliyevə səs verməli, Onunla birgə addımlamalıyıq”.
Tədbirdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Nizami İsgəndərov bildirib ki, müstəqil Azərbaycan son 5 ildə dünyanın diqqət mərkəzinə düşüb. Artıq beynəlxalq təşkilatlara, dünya ölkələrinə dövlətimizi tanıtmağa ehtiyac yoxdur, çünki Azərbaycan bir regionun aparıcı, lider dövlətidir: “Həm büdcəsinə, həm ümumdaxili məhsulunun artım tempinə, həm də başqa göstəricilərə görə Azərbaycan nəinki regionda, hətta post-sovet məkanında ön sıralardadır. Avropa, dünyanın başqa ölkələri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını dilə gətirirlər”.
Çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Əbülfəz Babayev vurğulayıb ki, son 10 il ərzində Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlar ölkəmizin tərəqqisində müstəsna rol oynayıb. O, bu inkişafdan Sumqayıt şəhərinə də böyük pay düşdüyünü deyib. Ə.Babayev bildirib ki, bütün bu işlərin qısa zamanda belə yüksək səviyyədə reallaşması Prezident İlham Əliyevin iradəsinə əsaslanır.
Görüşdə çıxış edən millət vəkili Hacı Salayev qeyd edib ki, açılan yeni iş yerləri, aparılan abadlıq və quruculuq işləri bu gün Azərbaycanımızı inkişaf etmiş ölkələrin sırasına çıxarmaqdadır. 10 il ərzində regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən Dövlət proqramlarının qəbulunu xüsusi vurğulayan H.Salayev deyib ki, aparılan siyasi kurs ölkəmizdə azad sahibkarlığın inkişafına da öz təsirini göstərib. H.Salayev vurğulayıb ki, sahibkarlığa yardım fondunun xətti ilə ölkəmizin müxtəlif yerlərində fəaliyyət göstərən insanlara yardımlar edilir, subsidiyalar verilir. Bu isə Azərbaycanda qeyri-neft sektorunun inkişafına yol açır.
Daha sonra çıxış edən Vaqif Ələkbərov, Yaqut Atakişiyeva, Solmaz Cahangirova və Ayət Kərimova da vurğulayıblar ki, xalqımız Prezident İlham Əliyevin başçılığı ilə qazanılmış uğurları təqdir edir, dövlət başçısının apardığı siyasəti dəstəkləyir və 9 oktyabrda hamı bir nəfər kimi bu siyasətin davamına - Prezident İlham Əliyevə səs verəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

