Mingəçevir sakinləri 9 oktyabrda Prezident İlham Əliyevə səs verəcəklər
20.09.2013 [10:38]
YAP Mingəçevir şəhər təşkilatı seçicilərlə görüş keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş şəhərin Heydər Əliyev prospekti-49 və Heydər Əliyev prospekti-51 ünvanında keçirilib.
Tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov bildirib ki, oktyabrın 9-da ölkəmizdə mühüm bir siyasi hadisə-prezident seçkiləri günüdür. C.Yusubov cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən, görülən işlərdən, ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən danışıb. Bildirib ki, yaşadığı ərazinin kənd və ya şəhər olmasından asılı olmayaraq, hər bir vətəndaşımız cənab İlham Əliyevin fəaliyyətinin bəhrəsini öz yaşamında, həyatında hiss edir: “Sosial, siyasət, iqtisadiyyat, o cümlədən, başqa istiqamətlərdə atılan addımlar xalqın rifahının yüksəlməsinə yönəldilib. Abadlıq-quruculuq işləri xalqın xoş, rahat yaşayışına şərait yaradır. Biz əminik ki, xalqımız aparılan siyasəti dəstəkləyir. İnsanlarımız son 10 ildə əldə olunan nailiyyətlərlə yanaşı, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sabitliyin Prezident İlham Əliyev tərəfindən qorunmasını yüksək qiymətləndirir. Cənab İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində vətəndaşlarımızın rahatlığı, təhlükəsizliyi təmin edilir, ölkəmiz inkişaf tempini gündən-günə artırır”.
Daha sonra çıxış edən YAP fəalları və şəhər sakinləri bildiriblər ki, cənab İlham Əliyevin Prezident olduğu son 10 ildə apardığı fəaliyyət dövlətin və vətəndaşların rifahına, maraqlarının qorunmasına xidmət göstərib. 9 oktyabr günündə məhz bu amil xalq tərəfindən qiymətləndiriləcək. Seçici İslam Abbasov deyib ki, sevindirici haldır ki, məhz Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu bir ölkədə yaşayırıq. O bildirib ki, cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasi fəaliyyət ölkəmizin siyasi-iqtisadi sferada mühüm uğurlara imza atmasını şərtləndirib.
Daha sonra seçici Firdovsi Allahverdiyev bildirib ki, Azərbaycan xalqı bir zamanların təlatümlü dövrünü başa vurub və sabitliyə qədəm qoyub. Artıq insanlar mədəni, mütəşəkkil qaydada heç bir təzyiqə məruz qalmadan, azad, şəffaf və demokratik şəkildə seçki məntəqələrinə gedərək öz seçimlərini edirlər. Seçicilərimiz isə cənab İlham Əliyevə səs verməklə yanaşı, öz gələcəklərinə, sabitliyə, inkişafa, övladlarının xoşbəxt yaşamına səs verəcəklər.
Daha sonra çıxış edən seçici Sabir Mirzəyev son illərdə maaşların, təqaüdlərin davamlı şəkildə artımından danışıb. O deyib ki, cənab İlham Əliyev Azərbaycan xalqının sevgisini, inamını qazanıb və oktyabrın 9-da keçiriləcək seçkilərdə xalqımızın seçimi cənab İlham Əliyev olacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

