Təbliğat-təşviqat kampaniyası çərçivəsində Tərtərdə növbəti görüşlər keçirilib
20.09.2013 [10:45]
Rayon sakinləri Azərbaycanın inkişafının davamlı olması üçün YAP-ın namizədinə səs verəcəklər
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüşlər rayonun Ələsgərli, Köçərli, Yenikənd və Bayandur kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq ölkəmizin vacib bir siyasi proses ərəfəsində olduğunu deyib. Bu prosesdə hər bir seçicinin fəallıq göstərməsinin zəruri olduğunu bildirən Ramiz Şabanov “seçkilərdə cənab İlham Əliyevin qalib gələcəyinə kimsə şübhə etmir” sözlərini əlavə edib.
Rayon təşkilatının sədri deyib ki, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib: “2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollar həcmindədir. Bu gün Azərbaycan ümumi daxili məhsulla nisbətdə ən az xarici borcu olan ölkələrdən biridir və onun səviyyəsi cəmi 7 faizdir. Sabit maliyyə sistemi mövcuddur. Valyuta sabitdir. Yaxşı sərmayə imkanları və iqtisadiyyatın sürətli artımı müşahidə olunmaqdadır. Hazırda Azərbaycanın bütün rayonlarında, o cümlədən Tərtərdə də böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Bütün bu uğurların və inkişafın davam etməsi üçün isə biz tərtərlilər oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəyik”.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Sahib Alıyev isə Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən balanslaşdırılmış xarici siyasət strategiyasından bəhs edib. Millət vəkili deyib ki, bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji əməkdaşlıq platforması gerçəkləşdirilmir. Bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və sözügedən layihə Cənubi Qafqazın təhlükəsizlik sisteminin strateji korreksiyasında əhəmiyyətli faktor kimi dəyərləndirilir.
Çıxışının sonunda seçiciləri aktiv olmağa səsləyən millət vəkili onları cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşlərdə çxış edən Ələsgərli kənd sakinləri, Valeh İbrahimov, Şahin Əsgərov, Köçərli kənd sakinləri Aydın Şəmilov, Səməddin Hacıyev, Yenikənd kənd sakinləri, Rafiq Əliyev, Gülüstan Bağırova və Bayandur kənd sakini Qənirə Hüseynova artıq seçimlərini etdiklərini bildiriblər. Qeyd olunub ki, Tərtər seçiciləri Azərbaycanın inkişafının davamlı olması üçün YAP-ın namizədinə səs verəcəklər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

