Müasir Azərbaycan dövləti hərtərəfli və dinamik inkişaf yolundadır
21.09.2013 [09:57]
Bu fikirləri Xızı rayonunun Tıxlı kəndinin seçiciləri səsləndiriblər
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Xızı rayonunda da uğurla davam etdirilir. Dünən kampaniya çərçivəsində Xızı rayonunun Tıxlı kəndində seçicilərlə növbəti görüş keçirilib. Görüşdə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev çıxış edərək bildirib ki, 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb: “Ölkə Prezidenti İlham Əliyevin apardığı daxili siyasət Azərbaycan iqtisadiyyatını, insanların sosial rifahını gücləndirir, möhkəmləndirir”.
Bu gün Azərbaycanın real siyasi-iqtisadi müstəqilliyə malik olduğunu deyən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, davamlı inkişaf edən güclü iqtisadiyyatda ölkəmiz insan amilinə böyük önəm verir: “Ölkənin zəngin təbii resurslarından dövlətin, xalqın mənafeyinə uyğun səmərəli istifadə, dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə əməkdaşlığın daim genişlənməsi və dərinləşməsi, ən mötəbər beynəlxalq təşkilatlarda uğurla təmsil olunmağımız, regional və beynəlxalq əhəmiyyətli layihələrin uğurla reallaşması müstəqilliyimizin və inkişaf etmiş dövlətə çevrilməyimizin ciddi və əsas zəminini təşkil edən amillərdir”.
Daha sonra çıxış edən Tıxlı kənd orta məktəbinin müəllimi Bəhram Həsənov təhsilə verilən önəmdən danışıb: “Şübhəsizdir ki, hər bir ölkənin inkişafı üçün ən başlıca şərt həmin ölkənin təhsilinin səviyyəsidir. Cənab Prezident İlham Əliyevin təhsil sahəsinə yönəldilən yüksək diqqət və qayğısı dövlətimizin əsas prioritetlərini ön plana çəkir. Biz müəllimlər də təhsilimizin inkişafı naminə İlham Heydər oğlu Əliyevə səs verəcəyik”.
Fəal gənc Pərvin Abdinov qeyd edib ki, hazırda ölkəmizdə gəncliyin inkişafına yaradılan əlverişli şərait, gəncliyə verilən qiymət Ulu öndərin bizə nümunə qoyduğu və cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin əsas hissəsidir.
Kənd ağsaqqalı Əlihüseyn Əliyev çıxışında isə qeyd edib ki, bugünkü firavanlığı, müstəqil dövləti xalqımıza Ulu öndər Heydər Əliyev bəxş edib: “Biz Ulu öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərini heç vaxt unutmayacağıq. Heydər Əliyevin xatirəsini daim anmaq hər birimizin vətəndaşlıq borcudur. Bu gün Ulu öndərin xatirəsi yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da hörmət və ehtiramla yad edilir. Prezident İlham Əliyev də ölkəmizin tərəqqisinə - bütün sahələrin inkişafına xüsusi diqqət yetirir. Buna görə də, Prezidentimizə minnətdaram. Ona səs verəcəyəm”.
Oktay
Xəbər lenti
Hamısına baxSosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29

