Tovuzlular xalqımız və dövlətimiz üçün alternativsiz olan Heydər Əliyev kursunu dəstəkləyirlər
22.09.2013 [10:55]
Tovuz rayonunun Əlimərdanlı kəndində keçirilən seçicilərlə görüşdə bir daha bu fikir bəyan olunub
Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş dünən Tovuz rayonunun Əlimərdanlı kəndində keçirilib. Görüşdə çıxış edən rayon təşkilatının sədri Məzahir Bayramov əvvəlcə ölkəmizdə prezident seçkilərinə hazırlıq və YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində keçirilən görüşlər barədə məlumat verib.
O, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə də danışıb: “Əsasını Ulu öndərimiz Heydər Əliyevin qoyduğu siyasət Onun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi siyasi qüdrətini artırdıqca onun mövqeləri daha da möhkəmlənir. Bu gün Cənubi Qafqaz regionunda Azərbaycanın iştirakı və razılığı olmadan heç bir layihə reallığa çevrilə bilməz. Bütün bunlar isə həyata keçirilən düzgün siyasi strategiyaya əsaslanır”.
Son illər Tovuz rayonunda aparılan yenidənqurma işlərindən bəhs edən təşkilat sədri İlham Əliyevin prezidentliyi dövründə rayonda bir sıra sənaye müəssisələrinin, yeni xəstəxanaların, diaqnostika mərkəzlərinin, o cümlədən, məktəblərin istifadəyə verildiyini xatırladaraq görülən işlərin bütün tovuzluların ürəyincə olduğunu bildirib: “Qarşıdakı seçkilərin nəticələri bir daha təsdiq edəcək ki, tovuzlular Ulu öndər Heydər Əliyev siyasi kursuna, bu kursu həyata keçirən Prezident İlham Əliyevə dəstək verirlər”.
Daha sonra çıxış edən YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin Tovuz rayonu üzrə seçki qərargahının üzvü Fazil Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticələrindən danışıb. Onun sözlərinə görə, cənab İlham Əliyev ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim Ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirib, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirib. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır: “Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir: ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır”.
Sonra çıxış edən qərargah üzvləri, kənd ağsaqqalları və sakinlər Prezident İlham Əliyevin ötən 10 ildə gördüyü işləri yüksək qiymətləndirərək Tovuz rayon ictimaiyyətinin qarşıdakı seçkilərdə alternativsiz namizəd İlham Əliyevə səs verəcəyini deyiblər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25

