Tarixi ədalət və milli birliyin təntənəsi
26.08.2025 [15:20]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi müasir tariximizin ən mühüm hadisələrindən biridir. Bu qərar Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı prosesinin dövlət siyasətində prioritet istiqamət olduğunu göstərir. Sərəncama əsasən, 26 avqustun Laçın şəhəri günü elan edilməsi azadlığına qovuşmuş Laçının gələcək inkişafına verilən yüksək dəyərin təcəssümüdür. Bu əlamətdar günün qeyd olunması həm də qazanılmış qələbənin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu işğal Azərbaycanın hərbi-siyasi tarixində ən ağır sınaqlardan biri kimi yadda qalmışdır. Çünki Laçının coğrafi mövqeyi strateji baxımdan mühüm əhəmiyyətə malik idi. Bu rayonun işğalı ilə Ermənistan bir tərəfdən Qarabağla birbaşa quru əlaqəsi əldə etmiş, digər tərəfdən Azərbaycanın müdafiə imkanlarına ciddi zərbə vurulmuşdur. İşğal nəticəsində yüzlərlə insan şəhid olmuş, minlərlə sakin didərgin düşmüş, tarixi abidələr, təhsil və səhiyyə ocaqları, sosial-mədəni obyektlər dağıdılmışdır. Bu hadisələr xalqımızın mənəvi yaddaşına vurulan dərin yara olmuşdur.
Uzun illər davam edən həsrətdən sonra 2020-ci ildə qazanılmış Qələbə nəticəsində tarixi ədalət bərpa edildi. İmzalanmış Üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Lakin bununla həmin proses yekunlaşmadı, dövlətimizin qətiyyətli addımları nəticəsində 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də tam nəzarətə götürüldü. Bu faktor Laçının tam azadlığının təsdiqi kimi tarixi ədalətin ali səviyyədə təntənəsidir.
2023-cü il aprelin 23-də Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqlarını tam təmin etməsi baxımından mühüm dönüş nöqtəsi oldu. Bu addım həm ölkəmizin sərhədlərinə nəzarət imkanlarını gücləndirdi, həm də regionda yeni reallıqlar yaratdı. Azərbaycan sübut etdi ki, öz sərhədlərinin qorunması və idarə olunması məsələsində heç bir kənar qüvvəyə güzəştə getməyəcək. Laçın sərhəd-keçid məntəqəsi ölkəmizin milli təhlükəsizlik siyasətində yeni səhifə açdı.
31 ildən sonra laçınlıların öz doğma yurdlarına qayıdışı xalqımızın həyatında ən böyük sevinclərdən biridir. 2023-cü il mayın 28-dən etibarən köç prosesi başlayıb və artıq yüzlərlə ailə Laçın şəhərinə və kəndlərinə yerləşdirilib. Dövlətin həyata keçirdiyi Böyük Qayıdış Proqramı çərçivəsində laçınlılar müasir evlərdə, yeni salınmış infrastrukturla təmin edilmiş məhəllələrdə məskunlaşırlar. Onlar üçün məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, sosial obyektlər tikilib, iş yerləri yaradılıb. Bu qayıdış həm də xalqımızın yenilməz ruhunun, torpağa bağlılığının ən bariz nümunəsidir.
Laçın bu gün yenidən doğulur. Şəhərdə və kəndlərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri yalnız binaların bərpası deyil, həm də yeni həyatın qurulması deməkdir. Yeni salınan evlər, müasir məktəblər, xəstəxanalar, mədəniyyət və turizm obyektləri, iş yerləri Laçını müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirir. 2025-ci ildə istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı bölgənin strateji əhəmiyyətini daha da artırdı. Bu hava limanı ölkəmizin nəqliyyat imkanlarını genişləndirir, Laçını regionun turizm və iqtisadi mərkəzlərindən birinə çevirir.
Laçının inkişafının daha bir göstəricisi isə onun beynəlxalq miqyasda mədəniyyət mərkəzi kimi tanınmasıdır. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın şəhəri 2025-ci il üçün “MDB-nin mədəniyyət paytaxtı” elan edildi. 2025-ci ilin iyununda keçirilən möhtəşəm açılış mərasimi Laçının təkcə tarixi və strateji deyil, həm də mədəniyyət mərkəzi kimi yeni rolunu nümayiş etdirdi. Burada keçirilən tədbirlər xalqımızın zəngin mədəni irsinin dünyaya təqdim olunmasına, Laçının beynəlxalq miqyasda tanınmasına xidmət edir.
26 avqust – Laçın şəhəri günü xalqımızın əzmini, dözümünü, mübarizəsini və yenilməz ruhunu simvolizə edir. Laçın işğaldan azad olunması bütün Azərbaycanın gələcəyi üçün yeni üfüqlər açdı. Burada qurulan yeni həyat, salınan müasir infrastruktur, yaradılan iş yerləri və bərpa olunan mədəni irs müstəqil dövlətimizin gücünü, xalqımızın birlik və həmrəyliyini bir daha nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

