Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır
29.08.2025 [18:03]
Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər bölgədə baş verən prosesləri və regionu gözləyən perspektivləri anlamaq baxımından əhəmiyyətlidir. Azərbaycan lideri Ermənistanla sülh müqaviləsinin paraflanmasından tutmuş, regional və qlobal müstəvidə baş verənləri, bunun ölkəmizə təsirləri, eləcə də rəsmi Bakının tutduğu strateji xətti aydın şəkildə izah edir. “Təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.
Zəngəzur dəhlizi yeni tarixi şəraitdə iqtisadi və siyasi baxımdan bütöv olan köhnə coğrafiyanın yenidən bərpası hadisəsidir. Bu səbəbdən də dəhlizin hansı şərtlərdə, hansı hüquqi statusda və hansı rejimdə açılması məsələsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Anadolu, Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna marağı olan bütün aktorların diqqət mərkəzindədir. Zəngəzur dəhlizi, sadəcə, nəqliyyat-kommunikasiya vasitəsi deyil, eyni zamanda, mühüm geostrateji layihədir. Ona görə də nə zaman bu dəhlizdən və onun hüquqi statusundan danışılırsa, dünyanın ən strateji güc mərkəzlərində bu məsələyə dərhal münasibət bildirilir, proseslərə müdaxilə cəhdləri müşahidə olunur. Müasir dünyada enerji daşıyıcılarının təhlükəsizliyi qədər onların daşınmasının və logistikasının düzgün təşkili də böyük önəm kəsb edir. Azərbaycanın enerji resurslarının çatdırılmasında beynəlxalq tərəfdaşları cəlb etməsi, güclü logistik infrastruktur formalaşdırması və Zəngəzur dəhlizinin funksionallığına nail olması ölkəmizin strateji dəyərini bir daha ortaya qoyur. Ermənistan 42 kilometrlik bu dəhlizdə işləri vaxtında yekunlaşdıra bilsə, regionun gələcəyi üçün müsbət nəticələr qaçılmaz olacaq. Zəngəzur dəhlizi həm də Cənubi Qafqazın geoiqtisadi xəritəsini yenidən formalaşdırmaq potensialına malikdir. Marşrutun açılması ilə Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi təmin ediləcək, Ermənistan isə tranzit ölkə kimi yeni imkanlardan istifadə edərək regiondakı təcridini aradan qaldıra biləcək. Dəhliz, eyni zamanda, Çindən Avropaya uzanan Orta Dəhlizin mühüm həlqəsi kimi çıxış edəcək və regionun tranzit rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək.
Prezident İlham Əliyevin pozitiv xətt üzərindən verdiyi mesajlar və beynəlxalq miqyası əhatə edən açıqlamaları Azərbaycanın qarşıdakı mərhələdə regionu sabitlik və əməkdaşlıq məkanına çevirməkdə israrlı olduğunu göstərir. Bu isə bütün qonşu dövlətlərin maraqlarına xidmət edən strateji hədəfdir. Dövlətimizin başçısı müsahibə boyu zamanlamanı da zərgər dəqiqliyi ilə nəzərə alırdı. Bundan əvvəl Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə mənfur Minsk qrupunun artıq son günlərini yaşadığını bildirdisə, 2020-ci ilə qədər davam edən sonsuz və mənasız danışıqlar prosesini də vaxtında vurğuladı. Bildirdi ki, Azərbaycan işğal illərində məruz qaldığı qərəzli yanaşmadan sonra düşünülmüş planla hərəkət etdi, prosesdə yaranan bütün boşluqları dövlətimizin başçısının diplomatik səyləri ilə dərhal doldurdu. Məruz qaldığı haqsızlıqlara baxmayaraq, müdrik yanaşma ortaya qoyan da məhz Azərbaycan oldu. Ölkəmiz Ermənistanla sülh prosesinə başlamağı təklif etdi, danışıqlar formatının təşəbbüskarı, sülh sazişinin layihəsini təqdim edən tərəf oldu. Dövlətimizin başçısı bununla bağlı bir daha qeyd etdi ki, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd məhz Azərbaycanın baxışına əsaslanır. Prezident İlham Əliyevin hər bir müsahibəsi proqram xarakterlidir. Dövlətimizin başçısının müsahibələri o qədər zəngindir ki, hər dəfə Azərbaycanın tarixi, yürütdüyü siyasət və gələcək vizyonu ilə bağlı yeni məqamlara aydınlıq gətirilir. İfadələrin ustalıqla seçilməsi, sözlərin yerində dəqiqliklə vurğulanması dövlətimizin gücü qədər, dövlətimizin başçısının da müdrikliyindən, yüksək şəxsi keyfiyyətlərindən, zəngin təcrübəsindən xəbər verir. Nəzərə alsaq ki, Əbu-Dabi görüşü Vaşinqton görüşünün hazırlıq mərhələsi, Vaşinqton görüşü isə Əbu-Dabi səfərinin uğurlu davamı, bütün danışıqların isə ən yüksək mərhələsi kimi dəyərləndirilə bilər, bu baxımdan müsahibənin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” kanalına məhz Azərbaycanın paytaxtında verilməsi təsadüfi deyil. Çünki proseslərin inkişaf trayektoriyasının və uğurlarının da müəllifi məhz Azərbaycan və onun Müzəffər Lideridir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

