Qarşılıqlı maraqlar, ortaq hədəflər
29.08.2025 [19:05]
22 avqust tarixində Türkmənistanın Turkmenbaşı (Avaza) şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhammedov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyovun iştirakı ilə yüksəksəviyyəli üçtərəfli görüş keçirilmişdir. Görüşdə qardaş ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın daha da gücləndirilməsi müzakirə olunub. Bu zirvə toplantısı region dövlətlərinin qarşılıqlı hörmət və dostluq prinsipləri əsasında ortaq maraqlar naminə birgə addımlar atmaq əzmində olduqlarını bir daha nümayiş etdirdi.
Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli üçtərəfli görüşün yekunlarına dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mətbuata təqdim edilən bəyanat, bölgəmizdə strateji əməkdaşlığın yeni səhifəsini açan mühüm hadisədir. Mətbuat konfransında Dövlət Başçısı həm üç ölkə arasındakı qardaşlıq ruhuna söykənən münasibətləri, həm də regionda davamlı inkişaf, humanitar və siyasi əməkdaşlıq sahələrində atılan addımları diqqətə çatdırmışdır.
Prezident İlham Əliyev çıxışına “Hörmətli Qurbanqulu Məlikquliyeviç, hörmətli Şavkat Miromonoviç, əziz dostlar” ünvanıyla başlamış, iyul ayında Türkmənistan Milli Məsləhətinin sədrinin səfəri zamanı keçirilən geniş müzakirələrə, həmçinin Bakıda və Qarabağ bölgəsində birgə görüşlərə toxunmuşdur. Bu görüşlər çərçivəsində mövqelərin tam üst-üstə düşdüyünü, dialoqun nəticəli olduğunu bildirmişdir.
Azərbaycan Prezidentinin əsas mesajlarından biri kimi Türkmanistan və Azərbaycanın “iki qardaş ölkə” kimi bundan sonra da “çiyin-çiyinə irəli getməsinin”, bütün məsələləri “dostluq, qardaşlıq şəraitində” həll etməsinin vacibliyi qeyd olunmuşdur. O, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndiyini xüsusi vurğulamışdır.
Görüşün rəmzi addımlarından biri kimi Füzuli şəhəri ilə Türkmənistanın Arkadag şəhəri arasında “qardaş şəhər” münasibətlərinin yaradılmasına dair tarixə düşəcək protokolun imzalanması müzakirə olunmuş və bu, mədəni-humanitar sahədə əməkdaşlığın yeni istiqamətlərini formalaşdıran mühüm addım kimi qiymətləndirilmişdir.
Bu üçtərəfli görüş və onun nəticələri göstərir ki, Azərbaycan, Türkmənistan və Özbəkistan bölgədə iqtisadi, nəqliyyat-logistika, humanitar və təhsil istiqamətlərində qarşılıqlı dəstək əsasında yeni əməkdaşlıq platformaları formalaşdırırlar.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

