Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır, etimad göstərir
24.09.2013 [10:40]
YAP Xızı rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Ağdərə kəndində keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, bu gün mədəniyyətlərin qovşağı olan Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir. Ən yüksək səviyyəli enerji layihələrinin, o cümlədən, fərqli təşəbbüslərin Azərbaycanın iştirakı ilə reallaşdığını dilə gətirən YAP Xızı rayon təşkilatının sədri əlavə edib ki, ölkəmiz bir sıra mədəni, siyasi tədbirlərə ev sahibliyi edir: “Bütün bunlar üçün həm iqtisadi imkan, həm siyasi əlaqələr, həm də dövlətçilik ənənəsi lazımdır. Bütün bu nailiyyətlərə cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində imza atılıb. Əziz xızılılar, mən sizi Azərbaycanın adını daim zirvələrə daşıyan Ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti 5 ildə də davam etdirilməsinə səs verməyə çağırıram”.
Daha sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, ölkəmizin milli inkişafını şərtləndirən fundamental faktorlardan biri də güclü siyasi iradənin fonunda həyata keçirilən rasional islahatlardır: “Bu sırada praqmatik daxili və xarici siyasət kursu, özəlliklə də siyasi-hüquqi islahatlar xüsusi əhəmiyyət kəsb edir. Bu islahatların əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, inamla davam etdirilir. Bu gün hər bir azərbaycanlı bunun fərqindədir və cənab Prezidentə dəstək olur. Mən əminəm ki, bütün vətəndaşlarımız kimi xızılılar da oktyabrın 9-da ölkəmizin inamlı inkişafına-Prezident İlham Əliyevə səs verəcəklər”.
Daha sonra tədbirdə çıxış edən Ağdərə kənd sakinləri Sumbat Bayramov, Fazil Mahmudov, Həsənəli Abbasov bildiriblər ki, Xızı rayonunun sakinləri hər zaman dövlətçiliyə sadiqlik nümayiş etdiriblər. Bildirilib ki, hər bir vətəndaşımız Prezidentimizə inanır və Onu dəstəkləyir: “Biz öz dövlət başçımıza inanırıq. Cənab İlham Əliyev Azərbaycanın ən çətin problemlərini həll etməyə qadir şəxsiyyətdir. İnanırıq ki, Prezidentimizin rəhbərliyi altında ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin də ədalətli həllinə nail olacağıq. İnanırıq ki, Azərbaycan dövləti məhz İlham Əliyevin rəhbərliyi altında hər il daha da gözəlləşəcək, inkişaf edəcək, dünyaya səs salacaq. Biz Prezidentimizlə fəxr edir, Onu dəstəkləyirik”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

