İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti hər bir vətəndaş dəstəkləyir
25.09.2013 [10:20]
Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Naftalan şəhərinin mərkəzi stadionunda mitinq-konsert keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən şəhərin mərkəzi stadionunda mitinq-konsert keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev ötən 10 il ərzində ölkəmizin əldə etdiyi uğurlardan danışıb.
Şəhər təşkilatının sədri deyib ki, dövlət başçısının təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb: “Ötən 10 il ərzində həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadiyyatı dünyada analoqu olmayan templə inkişaf edir. Bu gün ölkədə yeni sosial obyektlərin, müəssisələrin açılması, insanların rifah halının yüksəlməsi məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir”.
Qazanılan uğurlardan Naftalan şəhərinə də pay düşdüyünü deyən Hatəm Qocayev “İndi şəhərdə hər şey dəyişib. Çox gözəldir. Yeni sanatoriyalar tikilib istifadəyə verilib. Çox yaxşı haldır ki, biz bu gün ən mötəbər qonaqları qəbul edə bilirik” sözlərini də əlavə edib.
Çıxışının sonunda xalqı 9 oktyabrda keçiriləcək seçkilərdə aktiv olmağa çağıran natiq “əminəm ki, naftalanlılar növbəti dəfə cənab İlham Əliyevə səs verəcəklər” deyib.
Tədbirdə çıxış edən millət vəkili Mahir Aslanov ölkəmizdə həyata keçirilən sosial siyasətdən söhbət açıb. Əhalinin rifahının yüksəlməsindən razılıq ifadə edən natiq deyib ki, xalqımız səsvermə günü ölkəmizi inkişafa aparan liderə - İlham Əliyevə etimad göstərəcək.
Çıxışında Naftalanın da inkişafına toxunan millət vəkili “Naftalan durmadan inkişaf edir, bütün bölgəmizdə gedən inkişaf kimi. Şəhərdə böyük abadlıq işləri aparılır. Şəhərin abadlaşması, küçələrin salınması, parkların yaradılması hər bir naftalanlını sevindirir. Aparılan siyasət nəticəsində Naftalan Azərbaycanda artıq turizm mərkəzlərindən birinə çevrilir” sözlərini əlavə edib.
Çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova son 10 ildə bütün sahələrdə mühüm uğurlara imza atıldığını deyib. Millət vəkili əlavə edib ki, bu nailiyyətlərin davamlı olması, Azərbaycanın iqtisadi, siyasi mövqeyinin daha da möhkəmlənməsi, ən əsası ölkəmizin 1993-cü ildən bəri əldə etdiyi sabitliyin qorunması üçün cənab İlham Əliyevə səs verməliyik.
Naftalanlı seçicilər qarşısında çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, cənab İlham Əliyevin həyata keçirdiyi layihələr, proqramlar nəinki şəhər və rayonlarda, hətta ən ucqar kənd sakininin həyatında əsaslı dönüş yaradır: “İlham Əliyev siyasətinin böyüklüyü və gücü bundadır. Bu siyasəti hər bir vətəndaş dəstəkləyir”.
Çıxışlarda qeyd olunub ki, naftalanlılar Yeni Azərbaycan Partiyasının namizədinə, Heydər Əliyev siyasi kursunun uğurlu davamına səs verməklə bir daha sabitliyin və inkişafın tərəfdarı olduqlarını təsdiqləyəcəklər.
Sonda respublikamızın tanınmış incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər.
NADİR
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

