Ağdam seçiciləri seçkilərdə cənab İlham Əliyevə səs verəcək
26.09.2013 [10:49]
Rayonun Quzanlı və Birinci Quzanlı qəsəbələrində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçki təbliğatı çərçivəsində dünən Ağdam rayonunun Quzanlı və Birinci Quzanlı qəsəbələrində seçicilərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə 10 il ərzində qazanılan uğurlardan danışıb. O bildirib ki, bu siyasət ölkəmizə daim uğurlar gətirib: “Bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Biz ağdamlılar hər zaman Prezidentimizi dəstəkləmişik və oktyabrın 9-da bir daha bu mövqeyimizi nümayiş etdirəcəyik”.
Daha sonra seçki qərargahının üzvü Elbrus Hüseynov çıxış edərək Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə əldə olunmuş nailiyyətlərdən danışıb: “Təbii ki, bu da yorulmaz fəaliyyətin nəticəsidir. Eyni zamanda, Azərbaycan xalqının öz Prezidentinə dəstəyi bu uğurları stimullaşdırır. Əminəm ki, bu dəstək davam edəcək və oktyabrın 9-da hər birimiz yenidən İlham Əliyevə səs verəcək, uğurların davamını təmin edəcəyik”.
Digər çıxışçı Hafiz Əzimzadə deyib ki, oktyabrın 9-da hər bir vətəndaş seçki məntəqəsinə getməli, öz gələcəyinə səs verməlidir: “Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs verməklə, bu siyasəti müdafiə etməklə daim doğru qərarlar qəbul etdiyini göstərib. 9 oktyabrda da xalqımız doğru qərar qəbul edəcək və dövlətimizin iqtisadi inkişafının təməli olan Heydər Əliyev siyasətinə, bu siyasətin uğurlu davamçısı İlham Əliyevə səs verəcək. Çünki bu siyasət bütün qapıların açarı, bütün problemlərin həllidir”.
H.Əzimzadə cənab İlham Əliyevin təbliğatını aparmağın olduqca şərəfli və məsuliyyətli bir iş olduğunu söyləyərək deyib ki, Onun gördüyü işlər, ölkəmizə qazandırdığı nailiyyətlər hər kəs tərəfindən yüksək qiymətləndirilir: “O, 10 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, əsl azərbaycanlıdır və dövlətini, millətini, xalqını çox sevir. Ona görə də, 9 oktyabrda hər birimiz seçki məntəqələrinə gedərək Prezident İlham Əliyevə səs verməliyik. Biz Prezident İlham Əliyevə səs verməklə, öz gələcəyimizə səs verəcəyik”.
Görüşdə digər çıxış edənlər də prezident seçkilərində cənab İlham Əliyevə səs vermək üçün seçiciləri daha da fəal olmağa çağırıblar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

