Qazax seçiciləri oktyabrın 9-da Prezident İlham Əliyevə səs verəcəklər
26.09.2013 [10:51]
YAP Qazax rayon təşkilatı Aşağı Salahlı və Orta Salahlı kəndlərində seçicilərlə görüş keçirib
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Dünən Qazax rayonunda da YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlər keçirilib. Rayonun Aşağı Salahlı və Orta Salahlı kəndlərində keçirilən görüşlərdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov bütövlükdə rayon sakinlərinin 9 oktyabr prezident seçkilərinə çox ciddi hazırlaşdığını bildirib. YAP rayon təşkilatının sədri öz çıxışında ölkədə gedən proeseslərdən-abadlıq və quruculq işlərindən danışıb. Qeyd olunub ki, Azərbaycanın inkişafı, çiçəklənməsi, bütövlükdə simasının dəyişməsi cənab İlham Əliyevin adı ilə bağlıdır: “Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir. İqtisadi inkişafımız hər evdə, hər ailədə yaşamımıza müsbət təsir göstərir. Vətəndaşlarımız bu müsbət dəyişikliklərin, inkişafın, sabitliyin növbəti 5 ildə də davam etməsi üçün oktyabrın 9-da seçki məntəqələrinə getməli və sözügedən inkişafın ölkəmizdə bərqərar olmasına şərait yaradan şəxsiyyətə-cənab İlham Əliyevə səs verməlidir”.
Öz çıxışlarında rayon seçicilərini 9 oktyabr seçkilərində fəal olmağa çağıran təbliğat-təşviqat qrupunun üzvləri Nəsibə Tağıyeva, Afaq Qasımova, şair Barat Vüsal, Səfurə Rəhimova bildiriblər ki, son 10 ildə Qazax rayonunda xeyli iş görülüb. Eyni zamanda, yeni iş yerlərinin açıldığını qeyd edən natiqlər vurğulayıblar ki, işıqlı sabahımızın, gözəl gələcəyimizin təminatı məhz Prezident İlham Əliyevdir: “Sevindirici haldır ki, məhz Ulu öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi bir ölkədə yaşayırıq. Cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasi fəaliyyət ölkəmizin siyasi-iqtisadi sferada mühüm uğurlara imza atmasını şərtləndirib. Seçicilərimiz öz səslərini cənab İlham Əliyevlə yanaşı öz gələcəklərinə, sabitliyə, inkişafa, övladlarının xoşbəxt yaşamına verəcəklər”.
Tədbirdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvləri Fərhad Mustafayev, İsgəndər Qurbanov, Ədalət Hüseynov, Polad Ağakişiyev bildiriblər ki, Prezident İlham Əliyevin davam etdirdiyi Heydər Əliyev siyasi kursu əhalinin sosial rifahının yüksəlməsinə, gəlirlərinin artmasına səbəb olub. Azərbaycan xalqı qətiyyətlə bu siyasətin davamını istəyir. Bildirilib ki, ölkəmizdə gedən ümumi inkişafdan Qazax rayonuna da böyük pay düşür. Çıxış edən natiqlər bildiriblər ki, sərhədyanı rayon olan Qazaxın problemləri hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqətindədir.
Daha sonra çıxış edən kənd sakinləri qeyd ediblər ki, cənab İlham Əliyev ötən 10 il ərzində Azərbaycan xalqının sevgisini, inamını qazanıb və oktyabrın 9-da keçiriləcək seçkilərdə xalqımızın seçimi cənab İlham Əliyev olacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

