Hacıqabul seçiciləri cənab İlham Əliyevi seçib
26.09.2013 [10:52]
YAP Hacıqabul rayon təşkilatının təbliğat-təşviqat qrupu seçicilərlə növbəti görüşünü keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Şorbaçı, I Paşalı və II Paşalı kəndlərində keçirilib.
Tədbirdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin Azərbaycanın inkişafı, tərəqqisi naminə gördüyü işlərdən danışıb. YAP rayon təşkilatının sədri bildirib ki, son 10 ildə ölkə rəhbərinin xalqa verdiyi hər bir vədi konkret əməli işlə həyatda öz əksini tapıb: “Ölkə iqtisadiyyatının inkişafını qarşıya məqsəd qoyan cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrin tərəqqisinə, işsizliyin, yoxsulluğun azaldılmasına, qeyri-neft sektorunun inkişafına mühüm zəmin yaratdı. Dövlət proqramlarının uğurlu icrası nəticəsində bir milyondan artıq yeni iş yeri açılıb. Son 10 ildə yoxsulluğun həddi minimal səviyyəyə enib. Aparılan quruculuq, abadlıq işləri, açılan müəssisələr ölkə iqtisadiyyatının inkişafına yol açmaqla yanaşı, vətəndaşların maddi rifahının da yüksəlməsinə şərait yaradıb. Ölkədə yeniliyin şahidi olan xalq həyata keçirilən siyasətin gələcəyinə böyük inam bəsləyərək, cənab İlham Əliyevi dəstəkləyir, qarşıdakı prezident seçkilərində də bir daha bu etimadı göstərərək, Azərbaycanın çiçəklənməsinə və inkişafına, qüdrətli bir dövlətə çevrilməsinə səs verəcək”.
Çıxış edən YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin sədri Saleh Ələsgərov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişafın, tərəqqinin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımların atılması nəticəsində Azərbaycan çətinliklə əldə etdiyi müstəqilliyini saxladı. O, bildirib ki, əməkhaqlarının və pensiyaların müntəzəm artımı vətəndaşlarımızın sosial vəziyyətinin yüksəlişinə yol açıb: “Bu da ailələrin gəlirlərinin artmasına gətirib çıxarır. Bu faktı da qeyd etmək lazımdır ki, cənab İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. İlk dəfə olaraq Azərbaycanda sosial siyasət proqramlar üzrə həyata keçirilir. Təkcə təhsillə bağlı bir çox proqram qəbul olunub. Ona görə də, xalqımız Azərbaycanı dünyaya tanıdan liderə səs verəcəyini artıq 2003-cü və 2008-ci illərdə sübut edib və əminəm ki, 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyev növbəti dəfə Prezident seçiləcək”.
Görüşdə çıxış edən kənd sakinləri hər bir seçicini seçkilərdə fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

