/ / Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
27.09.2013 [10:11]
Bərdə rayonunun Bəcrəvan və Göyüşlü kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Bərdə rayonu üzrə seçki qərargahının üzvləri seçicilərlə görüşləri davam etdirir. Dünən isə bu istiqamətdə rayonun Bəcrəvan və Göyüşlü kəndlərində seçicilərlə görüşlər keçirilib.
Hər iki görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya ötən 10 il ərzində əldə edilən uğurlardan danışıb. Rayon təşkilatının sədri deyib ki, Ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan dövləti ildən-ilə möhkəmlənir, inkişaf edir və daha böyük uğurlar qazanır. Hazırda bütün dünyanın iqtisadi böhran burulğanında əziyyət çəkdiyi bir zamanda, Azərbaycanın öz inkişaf tempini qoruyub saxlayaraq, dünyadakı mövqeyini daha da möhkəmləndirməkdə olduğunu deyən rayon təşkilatının sədri bunun heç də təsadüfi olmadığını bildirib: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Həyata keçirilən siyasətin uğurlu nəticələrini biz bərdəlilər də öz həyatımızda hiss edirik. Buna görə də, oktyabrın 9-da bu inkişafın davamına səs verəcəyik”.
Görüşlərdə çıxış edən texniki elmlər doktoru Mürsəl Əliyev əldə edilən iqtisadi uğurların hər bir azərbaycanlının həyat tərzinin yaxşılaşdırılmasına, sosial vəziyyətinin yüksəldilməsinə xidmət etdiyini deyib: “Eyni zamanda, ümumdaxili məhsul durmadan artır, iqtisadi inkişaf sürətlənir, dövlətimizin mövqeyi möhkəmlənir. Həmçinin, Azərbaycan xalqının öz Prezidentinə dəstəyi qazanılan uğurları stimullaşdırır. Əminəm ki, bu dəstək davam edəcək və oktyabrın 9-da hər birimiz yenidən İlham Əliyevə səs verəcək, uğurların davamını təmin edəcəyik”.
Seçicilər qarşısında çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Arif Əliyev, partiya fəallarından Əməkdar müəllim Rzaqulu Şərifov, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Rahilə Babayeva və kənd ziyalılarından Şəmsəddin Fərmanov rayonda gedən inkişafdan və Prezident İlham Əliyevin Bərdə rayonunun əhalisinə göstərdiyi diqqət və qayğıdan ətraflı danışıblar. Qeyd olunub ki, məhz bu qayğının nəticəsində Bərdə rayonunda bütün tələblərə cavab verən təhsil, səhiyyə, mədəni məişət obyektləri tikilərək istifadəyə verilir. Bu səbəbdən də, Bərdə rayonunun seçiciləri cənab İlham Əliyevi dəstəkləyirlər və oktyabrın 9-da Ona səs verəcəklər.
Eyni zamanda, görüşlərdə çıxış edən kənd sakinləri Temir Qarayev, Ramiyyə İsmayılova, Fərman Bəylərov, Gülbəniz Mirzəyeva və başqaları oktyabrın 9-da seçki məntəqələrinə gedərək, ölkəmiz üçün vacib olan bu siyasi prosesdə fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

