Prezident İlham Əliyev daxili ictimai-siyasi sabitliyi ən yüksək səviyyədə təmin edib
27.09.2013 [10:15]
Bu fikirlər Xızı rayonunun Altıağac qəsəbəsində seçicilərlə keçirilən görüşdə səsləndirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Altıağac qəsəbəsində keçirilib. Görüşü giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, Azərbaycanın sosial-iqtisadi sahədəki uğurları bu gün beynəlxalq aləm tərəfindən təqdir olunur: “Bu da ölkəmizin dünya arenasındakı siyasi nüfuzunun sürətlə artmasına gətirib çıxarır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son onillikdə əldə olunmuş nailiyyətlər bir daha təsdiq edir ki, Azərbaycan yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev tədbirdə çıxış edərək bildirib ki, ötən dövr ərzində aparılan uğurlu siyasət nəticəsində ölkədə bir milyondan çox yeni iş yeri açılıb: “2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizə endirilib. Bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Dövlətimizin başçısının reallaşdırdığı uzaqgörən və müdrik siyasət Azərbaycanın iqtisadi tərəqqisinə, dünyada mövqeyinin möhkəmlənməsinə xidmət edir. Elə buna görə də bizlər hamımız cənab İlham Əliyevə səs verməliyik”.
Daha sonra tədbirdə çıxış edən A.Abdullayev adına Altıağac qəsəbə tam orta məktəbinin direktoru Arif Nağıyev bildirib ki, respublikamızda son illər dövlətimizin, xüsusən, ölkə rəhbəri İlham Əliyevin ən çox diqqət yetirdiyi, qayğı göstərdiyi sahələrdən biri də təhsil sistemidir: “Məktəblərin maddi-texniki bazasının yeniləşdirilməsi, gücləndirilməsi, tədris prosesinin modernləşdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. Ötən müddətdə təhsil sahəsində çalışanların əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması da bu sahəyə xüsusi qayğının təzahürüdür. Odur ki, müəllimlərimiz də 9 oktyabr tarixində seçki məntəqələrinə gedib Cənab Prezidentimizi dəstəkləyəcəklər”.
Altıağac rus icmasının nümayəndəsi Antanina Dudkina ölkədə mövcud olan sabitlikdən məmnun olduğunu bildirib: “Azərbaycan mənim vətənimdir. Bu ölkədə sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Bu isə Prezidentimizin sayəsindədir. Biz altıağaclılar cənab İlham Əliyevi dəstəkləyirik və seçkilərdə ən layiqli namizədə - YAP-ın namizədinə səs verəcəyik”.
Çıxış edən digər qəsəbə sakinləri də oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.
Oktay
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

