Sumqayıtlılar ölkəmizin inkişafının davamına səs verəcəklər
27.09.2013 [10:15]
YAP Sumqayıt şəhər təşkilatı seçicilərlə növbəti görüşünü keçirib
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının apardığı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Belə ki, YAP Sumqayıt şəhər təşkilatı dünən partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhər seçiciləriylə növbəti görüşünü keçirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev keçirilən silsilə görüşlərin şəhər əhalisinin Prezident İlham Əliyevə olan dərin məhəbbətinin, inamın göstəricisi olduğunu vurğulayıb. A.İmaməliyev hər zaman sumqayıtlıların dövlət başçısını dəstəklədiklərini və Onun apardığı siyasəti yüksək qiymətləndirdiklərini deyib: “2003-cü il oktyabrın 15-i Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı seçilən zaman Azərbaycanın tarixində yeni bir səhifə açıldı. Bu yeni səhifə Sumqayıt şəhərinin həyatında da özünü göstərdi. Məhz ötən 10 il ərzində həm daxili, həm də xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanın inkişafına xidmət göstərir. Bu baxımdan da, hər bir Azərbaycan vətəndaşının seçiminin Prezident İlham Əliyev olması çox təbii və qanunauyğundur”.
Çıxış edən Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov deyib ki, Prezident İlham Əliyevin alternativi yoxdur. O qeyd edib ki, bütün vətəndaşlarımız birmənalı olaraq Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevi dəstəkləyirlər: “Vətəndaşlarımız öz seçimlərini ediblər. Bu seçimin adı inkişaf, gələcəyə inamlı addımlar, dövlətçilik mənafeyi, milli maraqlar- bir sözlə Prezident İlham Əliyevdir!”.
Tədbirdə çıxış edən millət vəkili Hacı Salayev deyib ki, Prezident İlham Əliyev son 2 ildə bir neçə dəfə Sumqayıta gəlməsi ölkə başçısının bu şəhərə olan diqqət və qayğısının təzahürüdür: “Bu səfərlərin hər biri yeni tikililərin açılışı, yeni binaların istifadəyə verilməsi ilə müşayiət olunub. Bu baxımdan cənab Prezidentimizin hər bir səfəri bir yenilik deməkdir. Mən inanıram ki, gələn beşilikdə Azərbaycanın rayonları, şəhərləri daha yüksək inkişaf sürəti əldə edəcək”.
Daha sonra çıxış edən millət vəkili Leyla Abdullayeva son 10 ildə bir neçə istiqamətdə həyata keçirilən dövlət proqramlarının, layihələrin ölkənin inkişafında müstəsna rol oynadığını önə çəkib. O qeyd edib ki, Azərbaycanda olan sabitlik, əmin-amanlıq, iqtisadi dirçəliş, yenidənqurma, abadlıq işləri və təhsil, səhiyyə üzrə aparılan dövlət siyasətinin uğurları ortadadır. Bu yolun davamı üçün Prezidentimizə səs verməliyik.
Tədbirdə çıxış edən Cəbrayıl Əlinağıyev, Yaşar Şamilov, Eldar İsmayılov, İbrahim İlyaslı, o cümlədən, seçicilər Yeganə Səmədova, Əsgər Hüseynov və başqaları xalqın birmənalı şəkildə Prezident İlham Əliyevi dəstəkləməsinin canlı şahidi olduğunu dilə gətiriblər. Bildiriblər ki, hər bir vətəndaş gedən inkişafı öz həyatında hiss edir. Vurğulanıb ki, Azərbaycan xalqı Prezidentlik mandatını növbəti dəfə cənab İlham Əliyevə etimad edəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

