“Cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçəcəyik”
27.09.2013 [10:16]
Bu fikirlər YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Gəncədə keçirilən görüşdə bir daha səsləndirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən cənab İlham Əliyevin Gəncə şəhəri üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Gəncə şəhərində seçicilərlə növbəti görüş keçirib.
Tədbiri YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq, ərazisinin 20 faizi düşmən işğalı altında olan, hələ də müharibə şəraitində yaşayan Azərbaycanın, dünya ölkələrinin böhran məngənəsində sıxıldığı bir vaxtda böyük uğurlar qazanaraq, beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmasından bəhs edib.
Natiq vurğulayıb ki, bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir: “İqtisadiyyatın inkişaf etdirilməsi, insanların rifahının yüksəlməsi və ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycanın simasının daha da yaxşılaşdırılması, regionlarımızın inkişafının təmin edilməsi baxımından 2013-cü ilin böyük nailiyyətlər ili olacağına əminik. Bütün bunlar bir daha sübut edir ki, cənab Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi tərəqqi, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının güclənməsinə, dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsi məqsədinə doğru inam və böyük uğurla aparır. Bu zəfərlərə doğru gəlin birlikdə addımlayaq! Azərbaycanı cənab İlham Əliyevin müdrik siyasəti ilə qələbələrdən qələbələrə aparaq!”
Gəncə Dövlət Universitetinin (GDU) Ağsaqqallar Şurasının sədr müavini Eynəddin Məmmədov, Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Qurban Qurbanov, AzMİ-nin tələbəsi Ramidə Məmmədova və başqaları nitqlərində vurğulayıblar ki, ölkə Prezidenti cənab İlham Əliyevin misilsiz xidmətləri sayəsində bütün fəaliyyət sahələrində insanlara xidmət müasir tələblər səviyyəsində qurulub: “Belə bir müasir şəraiti, geniş imkanları, rahatlığı bizə bəxş edən Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə yekdilliklə səs verəcəyik və hər zaman Onu dəstəkləyəcəyik!”
Seçicilərdən Raqif Hüseynov, Ziyafət İsmayılova, Durna Dəsti və başqaları cənab İlham Əliyevə gördüyü işlərə, beynəlxalq aləmdə apardığı uğurlu və uzaqgörən siyasətə görə təşəkkür edərək, hər kəsi Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar. Vurğulayıblar ki, doğma Vətənimiz Azərbaycan 10 ildir ki, dünya miqyasında ən sabit, inkişaf edən ölkələrdən biridir. Bu gün ölkəmizin sənaye və turizm mərkəzinə çevrilən Gəncə də Azərbaycanda olan sabitliyin, inkişafın bəhrələrini görür, firavan yaşayır: “Bu firavanlığı, inamı bizə bəxş edən İlham Əliyevə minnətdarıq! Bizim hər birimizin istəyimizlə, bütün azərbaycanlıların lideri olan cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçəcəyik!”.
Fazil İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

