Hərb tariximizin ən parlaq səhifələrindən olan antiterror əməliyyatı
18.09.2025 [18:06]
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatı xalqımızın tarixində yeni bir qızıl səhifə açdı. Bu Zəfər, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Dövlət Suverenliyi Günü kimi rəsmiləşdirildi və üçrəngli bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Azərbaycan Ordusu antiterror əməliyyatını yüksək peşəkarlıqla və beynəlxalq humanitar hüquq normalarına uyğun həyata keçirdi. Hərbi əməliyyatlar başlamazdan əvvəl bütün hərbi hissələrə ciddi tapşırıq verilərək, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinin təmin olunması, mülki obyektlərə zərər vurulmaması təmin edildi. Azərbaycan Müdafiə Nazirliyi mobil SMS xidməti və səsgücləndiricilər vasitəsilə mülki əhalini hərbi obyektlərdən uzaq durmağa çağırdı. Qadınlara, uşaqlara, qocalara və xəstələrə tibbi və digər lazımi yardımlar göstərilməsi Azərbaycanın humanist siyasətinin bariz nümunəsi oldu.
Azərbaycan ərazilərinin 30 il davam edən işğalı dövründə həmin Qərb dairələri qərəzli mövqelərdə durmasaydılar, xalqımızı işğal və öz dədə-baba torpaqlarının itirilməs faktı ilə barışdırmaq üçün səylər göstərməsəydilər, erməni faşistlərinin xalqımıza qarşı törətdikləri hərbi cinayətlərə, qətliamlara göz yummasaydılar, qəsbkarları yeni ərazilərin işğalına təhrik etməsəydilər və ən nəhayət, Ermənistanı BMT qətnamələrinin icrasına məcbur etsəydilər bu zaman əlbəttə ki, hərbi əməliyyatlara da heç bir ehtiyac qalmazdı. Lakin bütün bunlar baş vermədi. Buna görə də münaqişənin sülh yolu həlli imkanlarının artıq tam tükəndiyinə əmin olduqdan sonra Azərbaycan Vətən müharibəsinə başladı və cəmi 44 günə parlaq tarixi Qələbə qazanaraq, onilliklər boyunca uzanan problemi həll etdi. Lakin Ermənistan bu acı məğlubiyyətindən lazım olan dərsi almadı. Yenə də məlum Qərb dairələrinin təhrikilə Ermənistan növbəti üç il ərzində özünün silahlı qüvvələrinə aid hərbi birləşmələri Azərbaycanın Qarabağ bölgəsində saxlamaqla gərginliyin artmasına zəmin yaradırdı.
Bu birləşmələrin ölkəmizə qarşı ard-arda törətdikləri silahlı diversiya aktları Azərbaycan tərəfində həm hərbçilər, həm də mülki vətəndaşlar arasında itkilərlə müşayiət olunurdu. Xarici havadarlarının dəstəyi ilə Ermənistan Azərbaycan ərazilərindəki hərbi birləşmələrini insan qüvvəsi və müxtəlif silahlarla daha da gücləndirməyə çalışırdı.Məhz bütün bunlara görə, Azərbaycanın keçən il sentyabr ayının 19-da başladığı anti-terror tədbirləri Ermənistanın ölkəmizə qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin cavabı kimi gözlənilən idi.
Cəmi 23 saat davam edən antiterror əməliyyatı dövlətimizin və ordumuzun gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu.
Azərbaycan Ordusu 406 kvadrat kilometr ərazini azad etdi, düşmənin yüzlərlə texnikasını məhv etdi və ya ələ keçirdi. Bir günlük əməliyyatdan sonra, uzun müddət Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağ erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşə gəlməyə məcbur oldular. Bu görüşdə Qarabağ ermənilərinin reinteqrasiyası müzakirə edildi və onlara Azərbaycan vətəndaşı kimi yeni həyata başlamaq imkanı yaradıldı. Bütün bu proseslər yekun olaraq, 15 oktyabr 2023-cü ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaltması ilə başa çatdı. Bu gün isə, bir vaxtlar torpaqlarımızda yaratdıqları qondarma rejimin marionet liderləri Bakıda təcridxanada oturub öz aqibətlərinin necə olacağı barədə düşünürlər. Onların paytaxtımıza qədər sürüb gələcəklərilə xalqımızı təhdid etdikləri tankları isə, artıq neçə müddətdir ki, Hərbi Qənimətlər Parkının ekspozisiyasında öz layiqli yerlərini tutublar.Bütün bunlara görə də biz hamımız, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.
Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

