Laçınlılar İlham Əliyevə səs verəcəklər
28.09.2013 [10:59]
Laçın rayonundan olan seçicilərlə Qaradağ rayonunda və Xəzər rayon Mərdəkan qəsəbəsində növbəti görüş keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində Laçın rayonundan olan seçicilərlə Qaradağ və Xəzər rayonlarının ərazisində növbəti görüşlər keçirilib.
YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli çıxış edərək bildirib ki, Azərbaycan xalqı gələcək 5 il üçün ölkənin müqəddəratını kimə həvalə edəcəyini artıq müəyyənləşdirib: “Xalqın seçimi cənab İlham Əliyevdir. Çünki Prezident İlham Əliyevin 10 il ərzində gördüyü işlər bunu deməyə imkan verir. 2003-2013-cü illər ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm addımlar atılmışdır. Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artmış, əsasən şaxələndirilmiş, müasir sosial-iqtisadi infrastruktur yaradılmış və qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmişdir.
Qeyri-neft sektorumuzda 11 faiz səviyyəsində artım, əslində, biznes mühitinin əlverişli olduğunu göstərir. Son illərdə ölkənin əsas iqtisadi hədəfi idxalı azaltmaq, yerli istehsalı gücləndirmək, yeni iş yerləri yaratmaqdır. Bu məqsədlərə nail olmaq üçün dövlət səviyyəsində kompleks tədbirlər planı icra edilmişdir. Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş infrastruktur layihələri özlüyündə özəl sektorun inkişafına və rəqabət qabiliyyətli məhsulların istehsalına kömək göstərir. Əgər bölgələrdə müasir infrastruktur layihələri icra edilməsəydi, əlbəttə ki, heç bir biznes mühitindən söhbət belə gedə bilməzdi. Bu inkişafın davam etməsi üçün xalqımız Azərbaycan Prezidenti İlham Əliyevin növbəti 5 ildə də dövlət başçısı seçilməsini istəyir”.
Daha sonra çıxış edən millət vəkili Nazim Fərəcov isə bildirib ki, cənab İlham Əliyev istər dövlətçilik təcrübəsi, istərsə də idarəetmə baxımından digər namizədlərdən kəskin fərqlənir: “Hər bir Azərbaycan vətəndaşı hesab edir ki, növbəti 5 ildə cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsi dövlətimizin daha mühüm uğurlar, nailiyyətlər qazanmasını təmin edəcək. Qarşıdan gələn prezident seçkilərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Xalqın Ulu öndər Heydər Əliyev siyasətinə, Prezident İlham Əliyevə inamı ölkəmizi yüksək inkişafa aparır”.
Təbliğat qrupunun üzvü Məhiyyəddin Cabbarov müstəqilliyimizin əldə olunması və qorunub saxlanılmasında Ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edib. O, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixindən, son illərdə daxili və xarici siyasət sahəsində qazanılan uğurlardan danışıb.
Görüşdə Laçın rayon sakinləri Elbrus Abbasov, Rafiq Şahverdiyev, Hüseyn Hüseynov çıxış edərək bildiriblər ki, prezident seçkilərində xalqını, Vətənini, milli mənafeyini hər şeydən üstün tutan şəxsə-cənab İlham Əliyevə səs verəcəklər.
Oktay
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

