Antiterror əməliyyatı – separatizmə son qoyan tarixi Qələbə
22.09.2025 [19:22]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
2023-cü ilin 19-20 sentyabr tarixlərində baş vermiş lokal xarakterli antiterror əməliyyatı müasir tariximizin ən əhəmiyyətli dönəmlərindən biri kimi yaddaşlara həkk olundu. Bu əməliyyat nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam təmin edildi, separatizmə son qoyuldu və üçrəngli bayrağımız Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər strateji şəhərlərdə əzəmətlə ucaldıldı. Bu hadisə xalqımızın həmrəyliyinin, dövlətimizə bağlılığının və ordumuzun misilsiz qəhrəmanlığının rəmzinə çevrildi.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvəsi və qeyri-qanuni silahlı dəstələr qaldı. Halbuki sənədin müddəalarına əsasən, bu qüvvələr ərazini dərhal tərk etməli idilər. Azərbaycan dövləti və xalqı üç il ərzində sülhə və Qarabağın reinteqrasiyasına ümid edərək qarşı tərəfə dəfələrlə çağırışlar etdi. Lakin erməni separatçıları əksinə, mövqelərini gücləndirdi, silahlı qüvvələrini artırdı.
Bütün xəbərdarlıqlara baxmayaraq, Ermənistan rəhbərliyi və xaricdəki havadarları bu qanunsuzluğu davam etdirdi. Qarabağda minaların basdırılması, sərhəddə toqquşmalar, Şuşa-Laçın yolunda ekoloji fəlakətə yol açan qanunsuz fəaliyyətlər Azərbaycanın səbrini sınadı. Vəziyyətin belə davam etməsi bölgədə sülhün və təhlükəsiz birgəyaşayışın mümkün olmayacağını göstərdi.
2023-cü il sentyabrın 19-da erməni silahlı dəstələrinin törətdiyi genişmiqyaslı təxribatlar artıq dözülməz həddə çatdı. Əhmədbəyli–Füzuli–Şuşa yolunda əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbçilər şəhid oldu, ordumuzun bölmələri intensiv atəşə tutuldu. Dövlət Konstitusiya quruluşunun bərpası və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə lokal xarakterli antiterror əməliyyatı başlandı.
Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək düşmənin mövqelərini sıradan çıxardı. 406 kvadratkilometrlik strateji ərazi tam nəzarətə götürüldü, yüzlərlə hərbi texnika və minlərlə silah ələ keçirildi. Ən önəmlisi, separatçı rejim təslim oldu və erməni silahlı dəstələri tərksilah edilərək Azərbaycan ərazilərini tərk etdi.
Eyni zamanda Azərbaycan humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Əməliyyat başlamazdan əvvəl və onun gedişində Qarabağda yaşayan erməni mülki əhaliyə xəbərdarlıqlar edildi, onların təhlükəsizliyi təmin olundu. Qadınlara, uşaqlara, qocalara, xəstələrə və digər həssas qruplara lazımi tibbi və sosial yardım göstərildi. Bu, Azərbaycanın həm hərbi, həm də humanist yanaşmasının nümunəsi oldu.
Əməliyyat nəticəsində separatçı rejim tamamilə ləğv edildi. Sentyabrın 28-də qondarma qurumun rəhbəri Samvel Şahramanyan öz imzası ilə rejimin fəaliyyətini dayandırdığını bəyan etdi. Bu, Azərbaycanın suverenliyinə qarşı yönəlmiş separatizmin rəsmi sonu oldu. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Bayrağının ucalması, ölkəmizin ərazi bütövlüyünün tam bərpası və xalqımızın qətiyyətli iradəsinin təntənəsi kimi tarixə yazıldı.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də həmin şəhərlərdə Azərbaycan Bayrağını ucaldaraq bu tarixi Zəfərin rəmzini xalqımıza nümayiş etdirdi. Bu hadisə həm də dövlətimizin gücünü, ordumuzun qəhrəmanlığını və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi.
Tarixi Qələbənin əhəmiyyəti nəzərə alınaraq, Prezidentin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabr – Dövlət Suverenliyi Günü təsis edildi. Həmin gün xalqımızın həmrəyliyinin, əzm və qəhrəmanlığının, dövlət suverenliyinin qorunub saxlanmasının təcəssümünə çevrildi. Hər il qeyd olunan bu tarixi gün gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılayır, dövlətimizin gücünü, xalqımızın birliyini və müstəqilliyinin əbədiliyini əks etdirir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

