27 sentyabr qəhrəmanlıq səlnaməsinin başlanğıcıdır
26.09.2025 [20:11]
Xaləddin Tağıyev,
YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi ərazi partiya təşkilatının sədr müavini
Son iki yüz il ərzində ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti onların Qafqaza köçürülməsilə bilavasitə bağlıdır. Sirr deyil ki, müxtəlif xarici havadarlarının bilavasitə dəstəyi ilə artıq 90-cı illərin əvvəlində 20 faiz torpaqlarımız işğal olundu, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün kimi bir çox mərhumiyyətlərə məruz qaldı. Lakin 27 il səbr və təmkin göstərən Ali dövlət rəhbərliyi regionda və dünyada baş verən geosiyasi vəziyyəti mükəmməl təhlil və analiz edərək əlahəzrət zamanı düzgün qiymətləndirməklə tariximizə şərəf və qəhrəmanlıq səlnaməsi yazdı. 2020-ci ilin iyul və avqust aylarından başlayaraq mütəmadi olaraq düşmən hər zaman olduğu kimi bu dəfə də təxribatlar törətməklə, təkcə hərbi yox, eyni zamanda mülki insanlarımıza qarşı iri çaplı silahlarla öz mənfur niyyətlərini həyat keçirdilər və bu təxribatlar sentyabrın 27-də daha ciddi xarakter almağa başladı. Düşmənin hərbi təxribatlarını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident cənab İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Ordusu həyata keçirdiyi “Dəmir Yumruq” adlı hərbi əməliyyatının ilk günlərində düşmənə sarsıdıcı zərbə vurdu. Vüqarla, qürurla “Vətən!” deyib şirin canlarından keçən oğullarımızın cəsarəti, Vətən sevgisi, yenilməz döyüş ruhu sayəsində ordumuz işğalçı Ermənistanın 30 ilə yaxın müddətdə qurduğu istehkamları 44 gündə darmadağın etdi. Əsgər, gizir və zabitlərimiz düşmənə döyüş üstünlüyü verən mürəkkəb çoğrafi şəraitdə misilsiz şücaət göstərərək öz şərəfli missiyasını yerinə yetirdi və doğma torpaqlarımızı işğalçılardan azad etdi. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Bərdə və Gəncəyə atdıqları qadağan olunmuş raketlər nəticəsində 100-ə yaxın dinc və mülki insan şəhid oldu, onlardan qadın və uşaqlar da daxil olmaqla 100-lə insan müxtəlif dərəcəli xəsarətlər aldı.Tərtər şəhəri demək olar ki, İkinci dünya müharibəsində Stalinqrad şəhərinin taleyini yaşadı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 5 il arxada qalır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, müqəddəs Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Prezidenti 27 sentyabrın respublikamızda Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu.
Nəhayət, 2023-cü il 19-20 sentyabrında bir gündən də az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək ərazilərimizdən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

