Masallı ictimaiyyətinin birmənalı seçimi cənab İlham Əliyevdir
03.10.2013 [10:19]
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallı rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər rayonun Təzəkənd və Hişkədərə kəndlərində keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qeyd edib ki, ölkəmiz daha bir siyasi proses-növbəti prezident seçkiləri ərəfəsindədir. Və ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də partiyamızın namizədi cənab İlham Əliyevin qalib gələcəyinə kimsə şübhə etmir.
Rayon təşkilatının sədri bildirib ki, bu qələbəni şərtləndirən başlıca amil Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində həyata keçirilən siyasət və əldə edilən uğurlardır: “Bütün dünyanın iqtisadi böhrandan əziyyət çəkdiyi bir zamanda, Azərbaycan öz inkişaf tempini qoruyub saxlayaraq, beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirməkdədir. Bu da təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Həyata keçirilən siyasətin uğurlu nəticələrini biz Masallı sakinləri də öz həyatımızda hiss edirik”.
Rayon seçki qərargahının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov çıxış edərək son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib: “Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu siyasət Onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də ümumilikdə, beynəlxalq aləmdə böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi-siyasi qüdrətini artırdıqca ölkəmizin mövqeləri daha da möhkəmlənir”.
Sonra qərargah üzvü Maşallah Kərimov öz çıxışında vurğulayıb ki, cənab İlham Əliyev 10 il ərzindəki fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edib: “Bu gün Azərbaycan seçicisi öz seçimini Prezident İlham Əliyevin lehinə etməlidir. Masallı ictimaiyyətinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir”.
Sonra qərargah üzvü Naibə Aslanova, Prezident təqaüdçüsü Məmmədhüseyn Həsənov, kənd ağsaqqalları Söhrab Ağayev, Bayram Məcidov, tədbir iştirakçılarından Xuraman Əhmədova, Əntiqə Tağıyeva, Aygül Cabbarova və başqaları çıxış edərək İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq budəfəki seçkilərdə də YAP-ın namizədinin qələbəsinə əmin olduqlarını bildirdilər.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

