Hacıqabullular cənab İlham Əliyevi dəstəkləyir
03.10.2013 [10:19]
YAP Hacıqabul rayon təşkilatı Tava və Birinci Udlu kəndlərində görüş keçirib
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Hacıqabul rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Bu çərçivədə növbəti görüş rayonun Birinci Udlu və Tava kəndlərində keçirilib.
Tədbirlərdə çıxış edən Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov Prezident İlham Əliyevin dövlət başçısı olduğu son 10 ildə aparılan iqtisadi-siyasi, sosial inkişafı özündə əks etdirən, ölkənin gələcək perspektivini uğurlara daşıyan proqramlardan bəhs edib. YAP Hacıqabul rayon təşkilatının sədri bir daha vurğulayıb ki, bütün hacıqabullular 9 oktyabr prezident seçkilərində iştirak edəcəklər və Prezident İlham Əliyevə olan inamı, sevgini bir daha nümayiş etdirəcəklər: “Bu gün ölkəmizdə inkişafın əsas qarantı hesab olunan sabitliyə məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsində nail olunub. Müasir Azərbaycanın sürətli inkişaf tempinə qədəm qoymasının ən əsas səbəbi isə Prezident İlham Əliyevin Ulu öndər tərəfindən əsası qoyulan bu siyasəti uğurla davam etdirməsidir. Azərbaycan xalqı sabahını yalnız sabitlik və inkişaf yolunda görmək gələcəyinin xoşbəxt olması üçün Prezident İlham Əliyevə səs verməlidir”.
Çıxış edən millət vəkili Rafael Hüseynov bildirib ki, Hacıqabulda son 10 ildə kənd təsərrüfatı sahəsində, o cümlədən, digər sahələrdə böyük işlər görülüb. Bir neçə yeni məktəb tikilib, bir sıra təhsil ocaqları əsaslı təmir edilib. Bütün bu işlər Prezident İlham Əliyevin təhsilə, səhiyyəyə, kənd təsərrüfatına, bütün bunların cəmində isə Azərbaycan xalqına olan diqqətindən, qayğısından irəli gəlir: “Mən inanıram ki, hacıqabullular aparılan siyasətin davamlı olmasını istəyir və Prezident İlham Əliyevi dəstəkləyir. Siz Prezident İlham Əliyevə səs verməklə öz gələcəyinizə səs verirsiniz. Mən hesab edirəm ki, bu qərar müdrik, doğru qərardır”.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Tibb Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi İbadulla Ağayev bildirib ki, Azərbaycan xalqını yeni, gözəl gələcək gözləyir. Qeyd edilib ki, Azərbaycan son 10 ildə dünyanın ən sürətli inkişaf tempinə malik ölkələrindən biridir: “Prezident İlham Əliyev sübut etdi ki, Ulu öndər Heydər Əliyevdən miras qalan dövlətçilik, milli maraqların qorunması, Azərbaycan xalqının inkişaf kursunu uğurla davam etdirir. Ötən dövr ərzində görülən işlər o qədər böyük və çoxşaxəlidir ki, sadalamaqla qurtarmaq olmaz. Bizi əhatə edən bütün sahələrdə bərabər inkişaf gedir, paralel iş aparılır. Bu kursun davam etdirilməsi üçün Prezident İlham Əliyevə səs vermək lazımdır. Xalq o zaman güclü olur ki, güclü siyasi lideri olur, siyasi lider o zaman güclü olur ki, onun arxasında xalq dayanır. Bu gün hacıqabullular bu möhtəşəm izdihamla yeganə lideri, Prezident İlham Əliyevi dəstəklədiyini nümayiş etdirdi”.
Kənd ağsaqqalı Ağamməd Həsənov çıxışında Ulu öndər Heydər Əliyevin ailə məktəbini görmüş hazırki və gələcək Prezidentimiz İlham Əliyevin ayağı dəyən bütün bölgələrin az bir vaxtda inkişaf tempinə qədəm qoyduğunu, həmin ərazilərin abadlığa çevrildiyini söyləyib: “Bizim Hacıqabul da məhz Prezidentimiz İlham Əliyevin səfərindən sonra inkişafa qədəm qoydu. Bu görülən işləri sadalamaqla bitirmək olmaz. Mən inanıram ki, bu fəaliyyət gələcək 5 ildə də davam etdiriləcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

