3 badam, 1 qoz
15.10.2025 [15:07]
AXCP adlı dərnəyin rəhbəri Əli Kərimli haralarsa üçün “önəmli”, “sayılan-seçilən” olduğunu sübut edə bilmək üçün özünə əl qatıb. Biabırçılıqdır! Heç şübhəsiz ki, Əli Kərimlinin Azərbaycan əleyhinə qeybətçil qarılar üslublu videosunun Praqa Forumunda göstərilməsi anti-Azərbaycan dairələrin və ya erməni lobbisinin işdir. Belə bir deyim var, düşmən yatmır. Qalib ölkənin ünvanına hansısa formada xələl gətirməyə çalışırlar. Belə çirkin oyunlarda isə müasir Yalıncıqlardan istifadə edilir.
Əli Kərimlinin Forumda paylaşılan videosuna diqqət etdikdə görürsən ki, özünü siyasətçi adlandıran bu şəxs ölkənin haqq işinə bircə kəlmə ilə toxunmayıb. Toxuna bilməz axı! Çünki sifariş yerinə yetirir. Öncədən hazırlanan videonun süni intellekt məhsulu olduğu da dərhal aydın olur. Çünki adam ingiliscə düzgün 3 cümləni ard-arda deyə bilmir. Əgər belə idisə, onlayn qoşulardı. İstəsə qoşulardı. İnternet blokadası Əli Kərimli üçün əldə bəhanədir. Necə ki, atalar məsəlində deyilir e, babamı öldürmüşəm qəbrinə and içməyə, bax, eynən! Deepfake məhslulu olan videonu Əli Kərimli öz facebook hesabında paylamağa maraqlı deyil. Bilir ki, üstü açılacaq. Bunun əvəzində fotolarla “işləyir”. Fotolara da əl gəzdirib. Paylaşdığı statusunda istifadə etdiyi şəkilləri fotoşopdan keçirib ki, cəbhə trollarını coşdursun, digər istifadəçiləri isə aldatsın. Uğursuz siyasətçi Əli Kərimlinin siyasəti məhz bundan ibarətdir: hiylə, kəlk, manipulyasiya!
Əli Kərimli statusunda elə təqdim edib ki, guya Çexiya prezidenti Petr Pavel və Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvil də həmin tədbirdə, yənin onun videosu oxudulan zaman zalda olublar. Lakin bunun yalan olduğunu digər müxalifət partiyası olan REAL-ın sədri Natiq Cəfərli ifşa edib. Natiq Cəfərli Əli Kərimlinin videosu oxudulan zaman zalda olduğunu vurğulayıb və bildirdib ki, Əli Kərimlinin paylaşımları fotoşop və manipulyasiyadır.
Əli Kərimlinin Praqaya göndərdiyi videoyazıdakı böhtan xarakterli şikayət, bir də sonradan fotoşopla 3 qadından sonra öz şəklini fondakı stendin üzərinə düz-qoş eləməsi haradasa onun əməllərini görüntü olaraq tamamlayır. Nədənsə bu görüntü məşhur tele-tamaşadakı “3 badam, bir qoz” səhnəsini xatırladır. Əli Kərimlidir da, deepfake tamaşalar çıxarmaqla tamaşaçıları özünə güldürür. Nə isə, Əli Kərimlinin Praqa sərgüzəştlərinə də bir qoz!
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının İdeoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

