Tərtərlilərin seçimi bəllidir
04.10.2013 [10:03]
Rayon seçiciləri dövlətimizin iqtisadi inkişafının təməli olan Heydər Əliyev siyasətinə, bu siyasətin uğurlu davamçısı İlham Əliyevə səs verəcəklər
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində oktyabrın 3-də Evoğlu və İsmayılbəyli kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov ölkəmizin vacib bir siyasi proses ərəfəsində olduğunu deyib. Bu prosesdə hər bir seçicinin fəallıq göstərməsinin zəruri olduğunu bildirən R.Şabanov əlavə edib ki, seçkilərdə cənab İlham Əliyevin qalib gələcəyinə kimsə şübhə etmir. Onun sözlərinə görə, Azərbaycanda müşahidə edilən inkişaf prosesinə, görülən işlərə nəzər saldıqda ölkə ictimaiyyətində dövlət başçımıza olan yüksək rəğbətin heç də təsadüfi olmadığı bir daha aydın görünür.
Görüşlərdə çıxış edən millət vəkili Sahib Alıyev Azərbaycanın əldə etdiyi iqtisadi uğurların hər bir sahədə köklü dəyişikliklərlə müşahidə olunduğunu və bunun vətəndaşlarımızın həyatında öz əksini tapdığını bildirib: “Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Bütün bunları qeyd etməklə yanaşı inanıram ki, 9 oktyabrda da xalqımız doğru qərar qəbul edəcək və dövlətimizin iqtisadi inkişafının təməli olan Heydər Əliyev siyasətinə, bu siyasətin uğurlu davamçısı İlham Əliyevə səs verəcək”.
Çıxış edən kənd sakinləri Eldəniz Əliyev, Teyyub Əliyev, Şahin Hüseynov, Türkan Rəşidli, Nigar Əliyeva, İlqar Əsədov və başqaları 9 oktyabrda keçiriləcək prezident seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

