Zəngilan seçiciləri Prezident İlham Əliyevə səs verəcəklər
04.10.2013 [10:04]
YAP Zəngilan rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib
Prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində ölkəmizdə seçicilərlə görüşlər davam etdirilir. Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Sumqayıt şəhərində məskunlaşmış Zəngilan rayonundan olan qaçqın və məcburi köçkün seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov artıq seçkilərə bir neçə gün qaldığını diqqətə çatdırıb. O bildirib ki, təbliğat-təşviqat kampaniyası olduqca uğurla keçib və bütün görüşlərdə seçicilərin fəallığı, insanların izdihamı müşahidə olunub. Ə.Hüseynov 9 oktyabrın tək zəngilanlıların deyil, bütövlükdə ölkənin həyatında mühüm rol oynayacağını deyib. Ə.Hüseynov bütün Azərbaycan xalqı kimi, Zəngilan seçicilərinin də həmin gün seçki məntəqələrinə gedərək, layiqli namizədə-cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu vurğulayıb: “Ötən 10 il ərzində ölkəmizdə həyata keçirilən siyasət nəticəsində Azərbaycan dövləti sürətlə inkişaf edib. Biz bu inkişafın davamlı olması üçün üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməliyik. Məhz, buna görə də əminəm ki, siz oktyabrın 9-da işıqlı gələcəyə - Prezident İlham Əliyevə səs verəcəksiniz”.
Çıxış edən Milli Məclisin üzvü İmamverdi İsmayılov ölkəmizdə gedən quruculuq-abadlıq işlərinə, ölkə vətəndaşlarının günü-gündən yaxşılaşan həyat şəraitinə toxunub. Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərimizə yeni qəsəbənin inşa olunduğunu söyləyən millət vəkili deyib ki, bu gün hər bir Azərbaycan vətəndaşı qürurla Prezident İlham Əliyevə səs verməkdə haqlıdır: “Bu gün hər bir azərbaycanlının cənab İlham Əliyevə səs verməsi üçün yüzlərlə səbəb var. Amma mən yalnız bir neçə səbəb sadalayacağam. İlk növbədə, Prezident İlham Əliyev Özünü bu xalqın övladı kimi sevdirə bildi və xalqa sevgisinin sonsuz olduğunu sübut etdi. İkincisi, beynəlxalq siyasətdə uğurlu diplomatik gedişləri ilə Azərbaycanı dünyanın aparıcı ölkələri sırasına çıxardı, bu gün BMT-nin Təhlükəsizlik Şurasının üzvüyük. Cənab İlham Əliyev Azərbaycanı dünya arenasında nüfuz sahibinə çevirməyi bacardı. Bu böyük işlər bütün Azərbaycan xalqının, o cümlədən, siz əziz zəngilanlıların gözü önündə baş verib”.
Millət vəkili qeyd edib ki, Azərbaycan çox qısa zaman çərçivəsində 70 illik bir asılılıqdan qurtararaq müstəqilliyini elan edib. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və bu işğal nəticəsində bir milyon qaçqın və məcburi köçkün probleminin olmasına baxmayaraq, ölkəmiz bu gün dünyada analoqu olmayan inkişaf tempinə malikdir: “Azərbaycan bütün dünya üçün çox böyük əhəmiyyətə malik beynəlxalq layihələrin müəllifidir. Cənubi Qafqazda liderlik qazanan ölkəmiz, həm də dünyada nüfuz sahibinə çevrilməkdədir. Bütün bunların davamı üçün seçicilərimiz oktyabrın 9-da cənab İlham Əliyevi seçməlidirlər. Siz qəlbinizin səsinə qulaq asın. Siz ədalətə, haqqa səs verin. Bu gün haqq-ədalət Prezident İlham Əliyevin fəaliyyətində öz təcəssümünü tapır”.
Daha sonra çıxış edən Zəngilan sakinləri Səliəddin Sailov, Ələddin Həsənov, Xanım Rüstəmova, Mayis Quliyev bildiriblər ki, son illər Azərbaycan torpağının bütün guşələrinə cənab Prezident tərəfindən xüsusi diqqət göstərilir. Vurğulanıb ki, hər zaman dövlətçiliyə sədaqətləri ilə seçilən zəngilanlılar oktyabrın 9-da seçkilərdə fəal iştirak edəcək və cənab İlham Əliyevə səs verəcəklər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

