YAP Gənclər Birliyinin üzvləri təbliğat aksiyalarını davam etdirirlər
04.10.2013 [10:09]
Prezident İlham Əliyevin son 10 ildə gördüyü işləri və gələcək planlarını əks etdirən bukletlər vətəndaşlar tərəfindən maraqla qarşılanır
Azərbaycanda 9 oktyabr tarixində keçiriləcək prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) və partiyanın yerli strukturları ölkənin hər yerində təbliğat-təşviqat kampaniyasını yüksək səviyyədə davam etdirir.
Məlum olduğu kimi, oktyabrın 1-dən başlayaraq Yeni Azərbaycan Partiyasının gəncləri respublikanın bütün şəhər və rayonlarını əhatə edən kampaniya çərçivəsində təbliğat materiallarının paylanmasını, Prezident İlham Əliyevin seçki platforması barədə seçicilərin məlumatlandırılmasını həyata keçirirlər. Bununla əlaqədar olaraq, YAP Gənclər Birliyinin 200-ə yaxın üzvü Bakı şəhəri ərazisində, insanların çox olduğu məkanlarda, istirahət parklarında vətəndaşlara bukletlər təqdim edirlər. Bukletlərdə Prezident İlham Əliyevin ölkədə gördüyü işlər, son 10 ildə müxtəlif sahələrdə qazanılan nailiyyətlər, həyata keçirilən sosial, iqtisadi layihələr, beynəlxalq uğurlar öz əksini tapıb. Həmçinin, bukletlərdə Prezident İlham Əliyevin gələcəyə hədəflənən məqsədləri, ölkəni gözləyən yeni uğurlar da ifadə olunub.
Təbliğat kampaniyasının həyata keçirilməsində iştirak edən YAP Gənclər Birliyinin üzvləri aksiya ilə bağlı təəssüratlarını bölüşüblər. Məsələn, YAP Gənclər Birliyinin üzvü Xalid Ağayev bildirib ki, Prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında iştirak etməkdən qürur duyur: “Azərbaycan gənclərinin əksəriyyəti kimi mən də cənab İlham Əliyevi dəstəkləyir, Onun rəhbərliyi ilə respublikamızda həyata keçirilən quruculuq işlərinin bundan sonra da davam etdirilməsini istəyirəm. Bu səbəbdən də partiyamızın təbliğat-təşviqat kampaniyasında daha fəal və yaxından iştirak etmək qərarına gəldim. Bu gün çoxlu sayda şəhər sakininə Prezident İlham Əliyevin son 10 illik fəaliyyətini və gələcəkdə görəcəyi işləri əks etdirən bukletləri payladıq. İnsanlar aksiyanı çox müsbət qarşıladılar. Təəssüratım ondan ibarətdir ki, vətəndaşlarımız dövlət başçımızın həyata keçirdiyi siyasətdən razıdırlar. Hesab edirəm ki, 9 oktyabr seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin qalib gələcəyinə şübhə ola bilməz”.
YAP Gənclər Birliyinin fəallarından olan Nigar Səfərova bildirib ki, oktyabrın 9-da keçiriləcək seçkilərə böyük maraq var: “Vətəndaşlarımızın çoxu öz seçimini edib və onların birmənalı olaraq dəstəklədiyi namizəd cənab İlham Əliyevdir. Onlar seçkilərdə dövlət başçımıza səs verəcəklər. Bu isə təsadüfi deyil. Çünki İlham Əliyev siyasətinin Azərbaycanı inkişafa apardığını göstərən müsbət dəyişikliklər kifayət qədərdir. Bukletlərin paylanması zamanı vətəndaşlarla ünsiyyətdən onu müşahidə etdim ki, insanlar gələcəyə inamla baxır və ölkənin, xalqın taleyini etibar edə biləcəkləri lider kimi yalnız cənab İlham Əliyevi görürlər”.
Partiyanın gənclərindən Murad Cənnətov qeyd edib ki, aksiyanın keçirilməsi zamanı şəhər sakinləri ilə ölkəmizdə son 10 ildə görülən işlərlə bağlı fikir mübadiləsi də aparıb: “Bukletləri payladığım insanlar arasında çox müxtəlif yaş qruplarından olan insanlar var idi. Lakin onları birləşdirən ümumi bir cəhət var, o da cənab İlham Əliyevə olan sevgi və dəstəkdir. Aksiya zamanı məndə ən xoş təəssürat doğuran məqamlardan biri o oldu ki, ötən 10 ildə qazanılan nailiyyətlərlə bağlı bukletdəki məlumatları oxuyan vətəndaşlar onların bir çoxunun birbaşa şahidi olduqlarını, yaxud gündəlik həyatlarında hiss etdiklərini söylədilər. Ümumilikdə, insanlarla ünsiyyətdən gəldiyim qənaət ondan ibarətdir ki, vətəndaşlarımız Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici siyasət kursunu dəstəkləyirlər”.
YAP Gənclər Birliyinin üzvlərindən Aysel Məmmədova ölkədə seçki əhval-ruhiyyəsinin yüksək olduğunu deyib. Onun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə, gənclərin seçkilərə marağı artıb: “Bir gənc olaraq müşahidələrim əsasında deyə bilərəm ki, Prezident İlham Əliyev təkcə YAP ətrafında cəmləşən fəal gənclərimizin deyil, bütün Azərbaycan gəncliyinin alternativsiz lideridir. Gənclər 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevin böyük üstünlüklə növbəti parlaq qələbə qazanacağına inanırlar”.
Partiyanın gənc fəallarından Həsən Hüseynzadə gənclərin təbliğat-təşviqat kampaniyasında fəal iştirak etdiyini söyləyib: “Biz gənclər “İlhamla irəli” şüarı altında vətəndaşlarımızı cənab İlham Əliyevə dəstək olmağa, ölkəmizin uğurlarının, inkişafının, xalqın rifahının davamlı olmasına səs verməyə çağırırıq. Aksiyalara cəlb etdiyimiz insanlar da bizim səsimizə səs verirlər. Bu da ondan irəli gəlir ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin keçdiyi inkişaf yolundan razıdırlar”.
Qeyd edək ki, YAP gənclərinin həyata keçirdiyi aksiya şəhər sakinlərinin böyük marağı ilə qarşılanıb. Bakı sakini Əlirza Vəliyev aksiyanı müsbət qarşıladığını və onun birmənalı şəkildə dəstəklədiyi yeganə namizədin Prezident İlham Əliyev olduğunu deyib. O qeyd edib ki, hər zaman seçkilərdə iştirak edir: “Mən budəfəki prezident seçkilərində də iştirak edəcəyəm və öz səsimi Prezident İlham Əliyevə verəcəyəm. Çünki hesab edirəm ki, Azərbaycanın gələcəyini yalnız cənab İlham Əliyevə etibar etmək olar. Əminəm ki, əksər insanlarımız da bu cür düşünürlər. Azərbaycanda bütün yaş qruplarından olan insanlar, xarici ölkələrdə yaşayan soydaşlarımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər. İnanıram ki, cənab İlham Əliyev budəfəki seçkilərdə xalqın daha böyük dəstəyi ilə növbəti parlaq qələbəni qazanacaq”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

