YAP Binəqədi rayon təşkilatı seçicilərlə növbəti görüş keçirib
07.10.2013 [09:43]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı partiyanın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib. Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan xalqının əhəmiyyətli bir prosesin ərəfəsində olduğunu qeyd edib və bildirib ki, hazırda təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər davam edir.
Daha sonra ötən 10 ildə aparılmış məqsədyönlü siyasət barədə danışan rayon təşkilatının sədri deyib ki, bu müddət ərzində təhsilin, səhiyyənin, ümumilikdə, bütün sahələrin inkişafı üçün mühüm olan Dövlət proqramları qəbul edilib: “Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə reallaşmır. Eyni zamanda, gənclərimizin xaricdə təhsil alması üçün əlverişli şərait yaradılıb”.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycanı bir dövlət kimi məhv olmaqdan xilas etdiyini deyən Ramiz Göyüşov, bu gün ölkəmizin müstəqilliyinin cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndiyini, Azərbaycanın dünyanın stabil dövlətlərindən birinə çevrildiyini və bu stabillik nəticəsində ictimai həyatın bütün sahələrində tərəqqinin əldə olunduğunu bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət proqramlarının sayəsində ölkəmizin, o cümlədən, Binəqədi rayonunun sürətlə inkişaf etdiyini bildirən Ramiz Göyüşov rayon seçicilərini 9 oktyabr prezident seçkilərində fəal şəkildə iştirak etməyə, həmçinin, dövlət başçısı tərəfindən aparılan uğurlu daxili və xarici siyasətə səs verməyə səsləyib.
Seçicilər qarşısında çıxış edən millət vəkili Rafael Cəbrayılov bildirib ki, bu gün ölkə günü-gündən inkişaf edir və bu inkişafın əsasında ağıllı siyasət dayanır. Seçkidə iştirakın vacib olduğunu deyən millət vəkili hər kəsi 9 oktyabrda keçiriləcək prezident seçkilərində iştirak etməyə çağırıb: “Tarixin bütün dövrlərində insan üçün mühüm hüquqlardan biri seçki hüququ olub. Bu mənada mən istərdim ki, hər bir seçici seçkilərdə iştirak etsin və vicdanla seçim etsin”.
Görüşdə çıxış edən seçicilər də son illər ərzində görülmüş işləri qeyd edərək 9 oktyabr prezident seçkilərində iştirak edəcəklərini və İlham Əliyevə səs verəcəklərini bildiriblər.
NADİR
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

