Tərtərdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir
07.10.2013 [09:44]
Rayon seçiciləri oktyabrın 9-da cənab İlham Əliyevə səs verməklə bir daha sabitliyin və inkişafın geniş xalq kütləsi tərəfindən dəstəkləndiyini sübut edəcəklər
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin Tərtər rayonu üzrə seçki qərargahı tərəfindən müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq seçicilərlə görüşlər davam edir. Bu istiqamətdə növbəti görüş rayonun Borsunlu və Bəyimsarov kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq ölkəmizin növbəti tarixi mərhələ ərəfəsində olduğunu deyib. Rayon təşkilatının sədri bildirib ki, oktyabrın 9-da Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçiriləcək və bu seçkilərdə də xalqımızın məhz cənab İlham Əliyevi dəstəkləyəcəyinə kimsə şübhə etmir. Çünki cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 10 il ərzində Azərbaycanda bütün sahələrdə inkişaf və tərəqqi qeydə alınıb. Ramiz Şabanovun sözlərinə görə, bu gün hər bir sektorda inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır.
Seçicilər qarşısında çıxış edən YAP Tərtər rayon təşkilatı Aparatının rəhbəri Kamil Məmmədov deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu məqsədlərə nail olub: “Cənab İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə, bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib”.
Görüşlərdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev 2003-cü ildə Azərbaycanın dövlət başçısı seçilərkən İlham Əliyevin verdiyi vədləri xatırladaraq, ötən 10 ildə bütün vədlərin yerinə yetirildiyini bildirib: “Qarşıdakı 5 ildə insanların sosial müdafiəsi daha da güclənəcək. Buna nail olmaq üçün sizləri bir daha düzgün seçim etməyə, cənab İlham Əliyevə səs verməyə çağırıram”.
Görüşlərdə çxış edən Borsunlu kənd sakinləri-Xəyyam Aslanov, Fenya Əliyeva, Bəyimsarov kənd sakinləri-Bəhmən Bayramov, Vaqif Əliyev, Meydan Şabanov və başqaları deyiblər ki, oktyabrın 9-da cənab İlham Əliyevə səs verməklə bir daha sabitliyin və inkişafın geniş xalq kütləsi tərəfindən dəstəkləndiyini sübut edəcəklər.
NADİR
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

