Ağstafa rayonunda seçkilər yüksək seçici fəallığı ilə keçib
10.10.2013 [18:00]
Dünən ölkəmizdə 7-ci dəfə prezident seçkiləri keçirilib. Xalqımız seçkilərdə aktiv iştirak edərək öz seçdiyi, ölkə rəhbərliyində görmək istədiyi namizədə səs verib. 108 saylı Ağstafa Seçki Dairəsində də seçkilər yüksək seçici fəallığı ilə müşahidə olunub.
108 saylı Ağstafa seçki dairəsinin 1 saylı seçki məntəqəsində proses şəffaf şəkildə həyata keçirilib. Məntəqədə vətəndaşlara azad şəkildə səs vermək üçün hər bir şərait yaradılıb. Seçkini müşahidə edən siyasi partiyaların nümayəndələri də bildiriblər ki, seçki prosesinə heç bir kənar müdaxilə edilməyib və qanundan kənar addımlar atılmayıb. BAXCP-dən müşahidəçi qismində seçkini izləyən Elvin Misirov bildirib ki, seçki azad və ədalətli şəraitdə keçirilib. DADP-dən olan müşahidəçi Ramin Nəsirov da seçkilərin qanun çərçivəsində keçirildiyinə diqqət çəkib.
108 saylı Ağstafa Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində də proses azad və şəffaf formada inkişaf edib. Seçki prosesində öz təşəbbüsü ilə müşahidəçi qismində iştirak edən Pərvanə Məmmədova və Elmira İsmayılova bildiriblər ki, seçicilərin azad şəkildə səs verməsi üçün bütün şərait yaradılıb. BAXCP-dən olan müşahidəçi Valeh Əsgər də deyib ki, seçkinin gedişatında heç bir qanun pozuntusuna yol verilməyib, proses şəffaf şəkildə keçirilib.
Seçki dairəsinin 3 saylı məntəqəsində seçki prosesini izləyən müşahidəçi Rumiyyə Kərimova Sosial Demokrat Partiyasını təmsil edib. O bildirib ki, insanların fəallığı olduqca yüksəkdir. BAXCP-dən olan daha bir müşahidəçi İman İmanov da deyib ki, seçicilər azad şəkildə səsvermədə iştirak edib öz namizədlərinə səs veriblər.
4 saylı seçki məntəqəsində də seçki prosesi analoji şəkildə davam edib. Seçki məntəqəsində müşahidə aparan SDP-dən olan Elvin Hacıyev səhər saat 8-dən məntəqədə səsverməyə start verildiyini qeyd edib. O bildirib ki, səhər saatlarında seçici fəallığı yüksək olub və günortadan sonra bu aktivlik daha da yüksəlib. YAP-dan olan müşahidəçi Koroğlu Bayramov səsvermə zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini önə çəkib. Onun sözlərinə görə, prosesə heç bir kənar müdaxilə olmayıb.
Seçkidə seçici qismində iştirak edən vətəndaşlarımız da seçkilərin yüksək səviyyədə təşkil edildiyini və şəffaflığa tam riayət olunduğunu dilə gətiriblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

