Effektiv idarəetmə modeli
17.11.2025 [14:29]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı səsləndirilən fikirlər həm bölgələrin idarəetmə sistemində yeni mərhələnin başlanğıcını, həm də yerli icra strukturlarının fəaliyyətinə verilən yüksək etimadın mahiyyətini nümayiş etdirir. Dövlətimizin başçısının formalaşdırdığı təkmil idarəetmə modelinin təməlində isə xalqa xidmət, sosial ədalət, şəffaf idarəetmə və praktik nəticə dayanır.
Qəbul zamanı səsləndirilən ən mühüm məqamlardan biri yerli idarəetmə sistemində məsuliyyət hissinin gücləndirilməsi idi. Dövlət başçısının “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikri bu kadrların üzərinə düşən böyük məsuliyyəti aydın şəkildə ifadə edir. Əsas tələb xalqa xidmət etmək, insanların arasında olmaq və problemləri birbaşa onların səsləndirdiyi formada dinləməkdir.
Son illər ərzində həyata keçirilən genişmiqyaslı dövlət layihələrinin nəticəsi olaraq bölgələrin əsas infrastruktur istiqamətlərində əhəmiyyətli dönüş təmin olunub. Elektrik təchizatı bütün regionlarda tam normallaşıb, köhnə infrastrukturun yenilənməsi planlı şəkildə davam edir. Eyni zamanda şəhərlərarası yollar, magistral xətlər və kənd yolları müasir standartlara uyğunlaşdırılıb. Hazırda bir çox bölgədə kənd yollarının 70–80 faizinin yenilənmiş vəziyyətdə olması həmin siyasətin praktiki effektivliyini göstərir. Bu infrastruktur xətti yalnız texniki məsələləri əhatə etmir, həm də bölgələrin sosial-iqtisadi dinamizminə geniş imkanlar açır. İşğaldan azad edilmiş ərazilərdə görülən elektrik layihələri isə ölkənin dayanıqlı inkişafına əlavə töhfə verməkdədir.
İçməli su və suvarma ilə bağlı icra olunan layihələr bölgələrin inkişaf strategiyasında xüsusi yer tutur. Hər bir şəhərdə müasir xəstəxanaların yaradılması, məktəblərin tikintisi, idman obyektlərinin istifadəyə verilməsi sosial infrastrukturun əhatəliliyini daha da artırır. Bütün bu işlər dövlət xətti ilə həyata keçirilən proqramların nəticəsidir və bölgələrdə real həyat keyfiyyətini yüksəltməyə xidmət edir.
Yerli idarəetmədə sosial ədalətin üstün tutulması qəbulun əsas xəttini təşkil edən məqamlardan biri olub. Bu gün bölgələrdə ədalətin bərqərar olunması əsas prioritet kimi müəyyənləşdirilib. İnsanların hər bir xidmət prosesində şəffaf və ədalətli münasibət görməsi yerli rəhbərlərin fəaliyyətinin başlıca ölçü meyarı kimi təqdim edilib.
Bölgələrdə məşğulluğun təmin olunması məqsədilə dövlət tərəfindən həyata keçirilən layihələr – yeni müəssisələrin yaradılması, güzəştli kreditlərin verilməsi, özünüməşğulluq proqramının genişləndirilməsi kimi faktorlar real nəticələr verməyə başlayıb. On minlərlə insanın bu proqramlara cəlb olunması prosesin miqyasını göstərir. Yerli rəhbərlərə verilən tapşırıqlardan biri də sahibkarlar üçün əlverişli mühit yaratmaq, yerli istehsalı və turizm potensialını gücləndirməkdir. Turizmin cəlbedici olduğu bölgələrdə bu sahə kənd təsərrüfatı ilə birlikdə iqtisadiyyatın əsas istiqamətlərindən birinə çevrilib.
Son illər ərzində həyata keçirilən layihələr nəticəsində ölkənin bütün bölgələri yeni sima qazanıb. Doqquz beynəlxalq hava limanının fəaliyyəti, yenilənmiş dəmir yolları, magistral avtomobil xətləri, qazlaşdırma, içməli su və suvarma layihələri, elektrik infrastrukturun qurulması – bütün bunlar bölgələrin daha yüksək standartlara uyğunlaşdırıldığını göstərir. Bu dinamika insanların daha yaxşı şəraitdə yaşamasına imkan yaratmaqla yanaşı, yerli idarəetmənin qarşısında yeni məsuliyyətlər də müəyyənləşdirir. Kəndlərin bir-bir gəzilməsi, vətəndaşlarla daimi təmasın qorunması mühüm şərt kimi qarşıya qoyulub.
Qəbulun yekununda vurğulanan fikir ondan ibarət idi ki, göstərilən etimad konkret fəaliyyətlə təsdiq olunmalıdır. Təcrübəli kadrlarla yanaşı, yeni təyin olunan şəxslərin də bu etimadı doğruldacağına inam ifadə edilib. Xalqa yaxınlıq, nəticələrə hesablanan idarəetmə və səmimi xidmət modeli yeni dövrün əsas idarəçilik fəlsəfəsi kimi təqdim olunub.
Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu etməsi yerli idarəetmənin yeni mərhələyə keçdiyini göstərir. Xidmətə əsaslanan idarəçilik, sosial ədalət, şəffaflıq, infrastrukturun davamlı möhkəmləndirilməsi və regional iqtisadiyyatın dəstəklənməsi dövlət başçısının çıxışında strateji istiqamətləri təşkil edir. Bütün bu amillər dövlətin bölgələrə baxışının əsas prioritetlərini aydın şəkildə təcəssüm etdirir.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30

