/ / Azərbaycan–Özbəkistan əlaqələri qarşılıqlı etimad, siyasi iradə və qardaşlıq prinsiplərinə əsaslanır
Azərbaycan–Özbəkistan əlaqələri qarşılıqlı etimad, siyasi iradə və qardaşlıq prinsiplərinə əsaslanır
17.11.2025 [17:04]
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə iki ölkə arasındakı əməkdaşlığın strateji mahiyyətini, regional proseslərdə artan əməkdaşlıq və gələcək inkişaf perspektivləri geniş şəkildə əks etdirir. Müsahibə həm siyasi, həm iqtisadi, həm də humanitar müstəvidə Bakı–Daşkənd əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Cənab Prezident ilk növbədə Azərbaycan ilə Özbəkistanın münasibətlərinin tarixi və mədəni dəyərlərə söykəndiyini, xalqların ortaq mənəvi irsi, dil yaxınlığı, mədəni-ideoloji bağlılığı ikitərəfli əlaqələrin möhkəm təməlini təşkil etdiyini, iki ölkə arasında siyasi etimadın, qarşılıqlı hörməti və həmrəyliyin daha da gücləndiyini vurğulayır.
Müsahibədə iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Cənab Prezident qeyd edir ki, ticarət dövriyyəsində müşahidə olunan sürətli artım, qarşılıqlı investisiya axını və ümumi iqtisadi strategiyanın uyğunluğu əlaqələrin gələcək potensialını daha da genişləndirir. Birgə investisiya layihələri, sənaye və kənd təsərrüfatı sahələrində həyata keçirilən proqramlar, habelə yeni istehsal müəssisələrinin açılması iki ölkənin iqtisadi əlaqələrinin strateji hədəflərə əsaslandığını göstərir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq müsahibənin digər mühüm istiqamətlərini təşkil edir. Cənab İlham Əliyev Azərbaycanın tranzit imkanlarının genişləndirilməsinin Mərkəzi Asiya ölkələri üçün, o cümlədən Özbəkistan üçün böyük önəm daşıdığını vurğulayıraq qeyd edir ki, Orta Dəhliz çərçivəsində həyata keçirilən layihələr, dəmir yolu və dəniz limanı infrastrukturunun modernləşdirilməsi region ölkələrini birləşdirən mühüm elementlərdir. Azərbaycan və Özbəkistanın bu sahədə tamamlayıcı rola malik olması onların əməkdaşlığını daha da səmərəli edir.
Müsahibədə humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri də diqqət mərkəzində saxlanmışdır. Prezident xalqlar arasında dostluğun gücləndirilməsi, mədəniyyət mübadiləsi, media əlaqələrinin inkişaf etdirilməsi üçün görülən işləri yüksək qiymətləndirir. Özbəkistanda Azərbaycan mədəniyyətinə göstərilən diqqət, eləcə də Azərbaycanda özbək irsinin tanıdılması bu əməkdaşlığın səmimiliyini və dayanıqlığını nümayiş etdirir. Xüsusilə, Qarabağın azad edilmiş ərazilərində Özbəkistan tərəfindən həyata keçirilən layihələr humanitar həmrəyliyin konkret təzahürü kimi dəyərləndirilir.
Cənab Prezident İlham Əliyev müsahibəsində siyasi və regional məsələlərə də toxunaraq Azərbaycan ilə Özbəkistanın müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəklədiyini bildirir. Bu əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də regional təhlükəsizlik, sabitlik və inkişaf üçün mühüm əhəmiyyət kəsb edir, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün önəmi və Azərbaycanın bu platformaya verdiyi töhfə də xüsusi qeyd olunur.
Ümumilikdə, müsahibə göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə diplomatik əlaqələrin inkişafı ilə məhdudlaşmır; bu münasibətlər həm iqtisadi, həm mədəni, həm də strateji baxımdan dərinləşən çoxşaxəli tərəfdaşlığa əsaslanır.
İki ölkə arasında qarşılıqlı etimad, siyasi iradə və qardaşlıq prinsipləri gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə, regional əməkdaşlığın möhkəmlənməsinə və hər iki dövlətin inkişafına mühüm töhfə verməkdə davam edəcək.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

