Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir
18.11.2025 [14:17]
Son illərdə Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin inkişafı xüsusi önəm daşıyır. Bu baxımdan Azərbaycanla Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi regional diplomatiyada yeni mərhələnin əsasını qoyur.
Son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər etmiş və Prezident İlham Əliyev həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olmuşdur. Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yüksək səviyyədə olmasından xəbər verir.
Nəzərə almalıyıq ki, Azərbaycan və Özbəkistan əlaqələri tarixən mədəni-mənəvi bağlara əsaslanıb. Hər iki ölkə sovet keçmişindən çıxaraq öz dövlətçiliyini möhkəmləndirmək yolunda bir çox oxşar təcrübələr yaşayıb. Lakin münasibətlər məhz son illərdə yeni dinamizm qazanıb və müttəfiqlik çərçivəsinə yüksəlib. Bu uğurun əldə olunmasında isə Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış yüksək səviyyəli şəxsi münasibətlərin də mühüm rolu var.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Ölkələrimiz Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.Hər iki ölkə regionda sülhün və sabitliyin qorunmasına xüsusi önəm verir və bu kontekstdə bir-birini strateji tərəfdaş hesab edir. Özbəkistanın “Orta dəhliz”ə qoşulması və Azərbaycanın logistika və nəqliyyat imkanları hərbi-siyasi sahədə də koordinasiyanın yeni aspektlərini ortaya çıxarır.Azərbaycan-Özbəkistan münasibətləri təkcə iki ölkənin milli maraqlarını deyil, həm də türk dünyasının vahid platformada birləşməsi prosesini gücləndirir.
Hazırki proseslər deməyə əsas verir ki, gələcəkdə Azərbaycan–Özbəkistan siyasi əlaqələri daha da dərinləşəcək. Bu daha çox özünü müdafiə sənayesi üzrə birgə layihələr və texnoloji əməkdaşlıqda, regional nəqliyyat və təhlükəsizlik platformalarının formalaşdırılmasında, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda ortaq strateji təşəbbüslərdə, xalqlararası təmasların və gənclər siyasətinin daha geniş miqyasda dəstəklənməsində göstərəcək. Dövlət başçılarının qarşılıqlı etimadı və siyasi iradəsi bu münasibətlərin davamlı inkişafının əsas təməlidir. Bu isə həm bölgə üçün, həm də daha geniş coğrafiyada strateji sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39

