Heydər Əliyev ideyalarının siyasi varisliyi və YAP-ın müasir Azərbaycan modelində rolu
21.11.2025 [10:02]
Yeni Azərbaycan Partiyasının 33 illiyi yalnız bir siyasi təşkilatın təsis edildiyi bir il deyil, həm də müstəqil dövlətçilik fəlsəfəsinin formalaşması və möhkəmlənməsi prosesinin nicat tapdığı bir tarixdir . 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan dərin siyasi böhran, iqtisadi çöküş və hərbi təhdidlər ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir zamanda xalqın idarəolunmaz vəziyyətdən çıxış yolu axtarması tamamilə təbii idi.
Heydər Əliyevin siyasi liderliyinə yönəlmiş ümummilli çağırış — “91-lərin müraciəti” — Azərbaycan siyasətində dönüş nöqtəsi oldu. Bu müraciət əsasında YAP-ın yaradılması dövlətçilik konsepsiyasının yeni mərhələyə keçməsi demək idi. Naxçıvanda keçirilən təsis konfransı Azərbaycanın demokratik siyasi sisteminin təməlini qoydu və xalqın milli iradəsinin ifadəsi kimi tarixə düşdü.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan qısa müddət ərzində iqtisadi sabitlik, siyasi qəbulolunurluq və beynəlxalq legitimlik qazanmağa başladı. Dövlətin fundamental atributları formalaşdı, Konstitusiya qəbul edildi, idarəetmə sistemi müasirləşdirildi, ordu quruculuğunun əsası qoyuldu. Müstəqilliyin ilk illərində mövcud olmayan sabitlik yalnız YAP-ın güclü siyasi təşkilatlanması ilə mümkün oldu.
Bu gün YAP-ın davam etdirdiyi kurs Prezident İlham Əliyevin rəhbərliyi altında yalnız qorunmur, həm də yeni geosiyasi çağırışlara uyğun olaraq təkmilləşdirilir. 2003-cü ildən başlayaraq Azərbaycan iqtisadi yüksəliş dövrünə qədəm qoydu: ölkənin valyuta ehtiyatları rekord səviyyəyə qalxdı, xarici borc minimuma endirildi, sosial siyasət gücləndirildi, qeyri-neft iqtisadiyyatı genişləndi. Enerji diplomatiyası Azərbaycanın geosiyasi çəkisini artırdı və ölkə Avrasiyanın enerji təhlükəsizliyində aparıcı aktora çevrildi.
YAP-ın ideoloji əsasını təşkil edən milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq konsepsiyası Azərbaycan cəmiyyətində həm sabitliyi, həm də milli həmrəyliyi təmin edən mühüm amillərdəndir. Bu ideya çərçivəsində ölkədə yaşayan bütün etnik qruplar vahid Azərbaycan ailəsinin üzvü kimi cəmiyyətin inkişafında iştirak edirlər.
Partiyanın siyasi xəttinin ən böyük tarixi nailiyyəti isə, şübhəsiz, Qarabağ Zəfəridir. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə YAP-ın illər boyunca sistemli şəkildə həyata keçirdiyi dövlət siyasətinin məntiqi nəticəsidir. Ordu quruculuğu, iqtisadi güc, diplomatik mövqelər və milli həmrəylik Azərbaycanın tarixi ədaləti bərpa etməsinə imkan verdi.
Postmüharibə dövründə həyata keçirilən quruculuq və reinteqrasiya prosesləri YAP-ın siyasi strategiyasının yeni mərhələsini təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda sıfırdan yaradılan müasir şəhərlər, kəndlər, kommunikasiya xətləri, sosial obyektlər Azərbaycanın gələcək inkişaf modelinin parlaq nümunəsidir.
Bu gün YAP təkcə tarixi irsə malik siyasi partiya deyil, həm də ölkənin gələcəyini müəyyən edən ideya platformasıdır. Onun gücü siyasi idarəçilikdə sabitlik, strateji baxış, milli maraqların qorunması və yenilikçi yanaşmaların sintezindən ibarətdir. 33 illik yol göstərir ki, YAP-ın siyasi xətti milli dövlətçiliyin təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalmaqdadır.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSiyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45

