Müzəffər Liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya
21.11.2025 [16:50]
Müasir Azərbaycan Respublikasında azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, Yeni Azərbaycan Partiyası və ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri ilə birbaşa bağlıdır.
1992-ci ilin noyabrın 21-də Naxçıvanda təsis konfransının keçirilməsindən sonra Azərbaycan siyasi həyatına vəsiqə qazanan Yeni Azərbaycan Partiyası ölkənin dövlət müstəqilliyinin qorunub saxlanılmasında qətiyyətli addımlar atmağa başladı. Ölkədə yaranmış ağır siyasi, iqtisadi, mənəvi vəziyyətdən demokratik yolla xilas olmaq üçün xalqın ümummilli lider Heydər Əliyevin başçılığı altında Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu gerçəkləşirdi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasla, səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının arzu və istəyi ilə iqtidara gəldikdən sonra dövlət müstəqilliyini möhkəmləndirmək üçün qətiyyətli tədbirlərə başladı.
Ötən illərdə Yeni Azərbaycan Partiyası böyük və şərəfli bir yol keçərək bir-birindən əhəmiyyətli uğurlara imza atmışdır. Partiya Azərbaycan dövlətçiliyinin qorunmasında, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynamışdır. Ümummilli lider Heydər Əliyev ölkədə iqtisadi və siyasi islahatların həyata keçirilməsi üçün, ilk növbədə, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirdi. Ulu Öndərin rəhbərliyi və bu partiyanın fəal iştirakı ilə 1993–2003-cü illərdə həyata keçirilən islahatlar nəticəsində müasir Azərbaycan dövlətinin formalaşması prosesinin ilkin mərhələsi başa çatdı.
Ötən 33 ildə ictimai həyatın bütün sahələrində ciddi tarixi nailiyyətlər əldə edilmişdir. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlif sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır.
Bu gün möhtərəm prezidentimiz, cənab İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin müasirləşməsi, daha da inkişaf etməsi üçün partiya üzvləri də xüsusi fəallıq göstərirlər. İndi Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın getdikcə güclənən fəaliyyəti Azərbaycanın bundan sonra da hərtərəfli inkişafında böyük imkanlara yol açır. Müstəqil Azərbaycanın daha da inkişaf edib çiçəklənməsi istiqamətində mühüm addımlar atılır.
Fəxr edirik ki, biz bu yubiley tədbirini artıq qalib xalq kimi qeyd edirik. Partiyanın Sədri, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz erməni işğalına son qoydu. Tarixi ədalət bərpa edildi, BMT qətnamələrinin tələbləri ölkəmizin öz gücünə yerinə yetirildi. Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində bölgədə yeni reallıqlar yaradan Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 20 ildə bu günə doğru gedirdik. Beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeləri möhkəmləndirildi. Siyasi müstəvidə aparılan uğurlu fəaliyyət nəticəsində bütün dünya haqlı tərəfin biz olduğumuzu qəbul etməyə başladı. İqtisadi sahədə aparılan islahatlar uğurlu nəticələrə yol açdı. İqtisadi müstəqilliyin təmin edilməsi siyasi mövqeyimizin möhkəmləndirilməsində öz sözünü dedi. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində əhəmiyyətli rol oynadı.
33 illik yubileyini qeyd edən partiyamız təkcə bu günlə yox, həm də daha çox gələcəklə yaşayır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Partiyamız yeni çağırışlara adekvat cavab verir. Son qurultayda həm Nizamnamədə, həm strukturda aparılan islahatlar bir daha göstərdi ki, partiyamız davamlı olaraq yeniləşir, güclənir, üstün çevikliyi ilə seçilir.
Bütün bu vəzifə və öhdəliklər bizi daha fəal və təşəbbüskar olmağa, peşəkarlıq səviyyəmizi artırmağa, layiqli vətəndaşlar yetirməyə səsləyir. İnanırıq ki, Azərbaycan xalqını xoş gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcəkdir.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39

