YAP Mərkəzi Aparatında görüş keçirilib
11.12.2025 [18:50]
Dekabrın 11-də Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Meyin təşəbbüsü ilə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin 4-cü plenumu və Çinin 15-ci beşillik inkişaf proqramına dair məlumatları bölüşmək məqsədilə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında görüş keçirilib.
Görüşdə partiyanın İdarə Heyətinin, Veteranlar Şurasının və Gənclər Birliyinin üzvləri, Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar, YAP Mərkəzi Aparatının əməkdaşları və yerli təşkilat sədrləri iştirak ediblər.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib. O, Prezident İlham Əliyevin cari ilin aprel ayında Çinə rəsmi dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan irəli gələrək iqtisadi-ticari, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, elm və texnologiya, təhsil, mədəniyyət, humanitar və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini və yüksəksəviyyəli dialoqun uğurla davam etdirildiyini vurğulayıb.
YAP Sədrinin müavini Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının əməkdaşlıq əlaqələrinin müstəsna rolunu qeyd edib. O, 2024-cü ilin noyabr ayında YAP ilə ÇKP-nin Əməkdaşlıq memorandumu imzalamasının önəmini diqqətə çatdıraraq dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi hakim partiyalar arasında fəal siyasi dialoq şəraitində təmasların intensiv xarakter daşıdığını vurğulayıb, qarşılıqlı səfərlərin münasibətlərin mövcud durumunun dəyərləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
YAP ilə ÇKP-nin Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığı əsas götürərək birgə fəaliyyəti müvəffəqiyyətlə davam etdirmək və yeni uğurlara imza atmaq əzmində olduqlarını bildirən Tahir Budaqov səfir Lu Meyin təşəbbüsü ilə keçirilən görüşün qarşılıqlı fikir və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından son dərəcədə əhəmiyyətli olduğunu qeyd edib.
Səfir Lu Mey Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələr üzrə yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğunu bildirib. O, hakim partiyalar arasında imzalanan Əməkdaşlıq memorandumu çərçivəsində görülən işlərin həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı olmaqla müştərək maraqları təmin etdiyini bildirib.
Daha sonra Lu Mey ÇKP Mərkəzi Komitəsinin 4-cü plenumu və Çinin 15-ci beşillik inkişaf proqramına dair geniş məlumat verib. O bildirib ki, 2026-2030-cu illəri əhatə edəcək strateji plan bərabərlik, sosial ədalət, ictimai rifah, kollektiv inkişaf və güclü dövlətçilik prinsiplərinə əsaslanan Çin xüsusiyyətli sosializm konsepsiyasının mühüm tərkib hissəsi olmaqla ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafına hədəflənib.
Səfir, həmçinin Çinin dövlət idarəetməsinin təkmilləşdirilməsi sahəsində yeniliklərdən və partiya quruculuğu təcrübəsindən bəhs edib.
İnteraktiv formada davam edən görüşdə tədbir iştirakçılarının qarşılıqlı maraq doğuran məsələlərə dair sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

