“Konstitusiya və Suverenlik İli” – hüquqi dövlətçilik və humanizm prinsiplərinin təcəssümü
19.12.2025 [20:15]
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizdə mühüm ictimai-siyasi hadisə olmaqla yanaşı, hüquqi dövlət quruculuğunun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin bu əlamətdar il çərçivəsində amnistiyanın elan edilməsi təşəbbüsü isə Azərbaycan dövlətinin humanizm, ədalət və sosial məsuliyyət prinsiplərinə sadiqliyinin növbəti parlaq nümunəsidir.
1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi-siyasi əsaslarını müəyyənləşdirmiş, insan hüquq və azadlıqlarının təminatını ali məqsəd kimi təsbit etmişdir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu Konstitusiya ölkədə demokratik idarəçilik, qanunun aliliyi və vətəndaş cəmiyyətinin inkişafı üçün möhkəm baza yaratmışdır.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl islahatlar Konstitusiyanın ruhuna uyğun olaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, hüquqi mexanizmlərin müasirləşdirilməsinə və vətəndaş rifahının yüksəldilməsinə xidmət edir.
“Konstitusiya və Suverenlik İli” anlayışı təkcə hüquqi sənədə deyil, həm də Azərbaycanın real siyasi və ərazi suverenliyinə əsaslanır. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Konstitusiyanın bütün ərazidə tətbiqi təmin olunmuşdur.
Bu baxımdan amnistiya təşəbbüsü həm hüquqi, həm də mənəvi məna daşıyır. Bu addım qalib və güclü dövlətin öz vətəndaşlarına qarşı mərhəmətli və ədalətli münasibətinin göstəricisidir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı Azərbaycan dövlətinin cəza siyasətində humanist yanaşmaya üstünlük verdiyini bir daha təsdiqləyir. Amnistiya yalnız cəzanın yüngülləşdirilməsi deyil, eyni zamanda cəmiyyətə reinteqrasiya, sosial adaptasiya və yeni həyat mərhələsinə keçid üçün fürsətdir.
Bu təşəbbüs ilk dəfə cinayət törətmiş şəxslərin islah olunmasına, ailələrin birliyinin bərpasına, sosial gərginliyin azalmasına, cəmiyyətə etimad mühitinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, amnistiya aktı hüquq-mühafizə və məhkəmə sistemində aparılan islahatların məntiqi davamı kimi çıxış edir.
Amnistiyanın elan edilməsi dövlətlə vətəndaş arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş strateji addımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial yönümlü siyasət göstərir ki, dövlət cəza mexanizmlərini təkcə məhdudlaşdırıcı vasitə kimi deyil, həm də tərbiyəvi və islah edici mexanizm kimi dəyərləndirir.
Bu yanaşma hüquqi dövlət anlayışının əsas tələblərindən biri olan ədalət və mərhəmət balansının qorunmasına xidmət edir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətçiliyinin gücünü, hüquqi sistemin yetkinliyini və milli birliyin möhkəmliyini nümayiş etdirir. Bu addım bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan güclü, suveren və eyni zamanda humanist bir dövlətdir.
Amnistiya aktı təkcə hüquqi sənəd deyil, həm də cəmiyyətə verilən mühüm mesajdır: qanunun aliliyi ilə yanaşı, insan amili hər zaman dövlət siyasətinin mərkəzindədir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

