Gələcəyə hesablanmış dövlət siyasəti
23.12.2025 [16:00]
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu son 22 ildə uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizi zirvələrə ucaldır, Zəfərdən-zəfərə aparır. Cənab İlham Əliyevin özünün də qeyd etdiyi kimi, bu illər uğurlarla, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi.
Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli siyasi etika nümunəsi təqdim etdi.
Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoyub. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləridir.
Son 22 ilin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. 2003-cü ildə Heydər Əliyev siyasətinin davamına səs verən xalqımız Azərbaycanın bugünkü reallıqlarının təməlini qoydu. Ulu Öndər Heydər Əliyev xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində “Ona Özüm qədər inanıram” deyərək bu əminliyi də ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə cənab İlham Əliyev başa çatdıra biləcək.
Artıq beş ildir böyük qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz, onun ardınca suverenliyimizin tam bərpa edilməsi, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri böyük səylərin, qətiyyətin, dəyişməz mövqeyin, ümumiləşdirilmiş şəkildə qeyd etsək ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətin nəticəsidir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımız düşməndən azad edilsin və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli Bayrağımız dalğalansın. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük İkinci Qarabağ müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 22 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunur. Dövlət başçısı İlham Əliyev Azərbaycanı ərazi bütövlüyünə, suverenliyinin tam bərpasına qovuşdurdu, xalqımızı dünyada mübariz, müzəffər xalq kimi tanıtdı.
Tarixi Zəfərimiz müstəqillik tariximizin ən parlaq səhifəsidir. Uğurlu siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxr edir və sözlə ifadə edilməsi mümkün olmayan sonsuz qürur hissi keçirir ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Zəfərimizin dünyaya təqdimatı oldu. 30 illik torpaq həsrətinə, nisgilə, sıxıntılara son qoyuldu. Müstəqilliyimizin, suverenliyimizin, milli mənliyimizin, qürurumuzun, kimliyimizin rəmzi olan üçrəngli Bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalandıqca başımızı dik tutur, hər zaman böyük inamla bəyan etdiyimiz “Biz tarixi torpaqlarımıza qayıdacağıq” çağırışının reallıqda öz əksini tapmasından qürur hissi keçiririk. Bu tarixi Qələbənin əldə olunmasında milli birliyimizin, həmrəyliyimizin rolu xüsusi qeyd olunur. 44 günlük müharibə bir daha göstərdi ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdi. Ölkə Prezidentinin bu səfəri Qələbə sevincini bir daha xalqla paylaşmaq, tarixi Zəfərə gedən yolun ilk qələbəsinə nail olduğumuz bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırmaq idi: “Bu torpaqların sahibi Azərbaycan xalqıdır və burada əbədi olacağıq. Qarabağ Azərbaycandır!”
Həmin səfər işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın başlanmasının rəmzi kimi dəyərləndirilir. Səfər zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə bir daha bəyan etdi ki, Ermənistan bundan sonra rəzalət damğası ilə, Azərbaycan isə qürur hissi ilə - müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi yaşayacaq.
2023-cü ilin sentyabr ayında antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdi və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Bu gün azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılıb, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdışın sevincini yaşayırlar.
Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişdi və region ölkələrinin inkişafı üçün yeni imkanlar açıldı. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

