Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi qürur mənbəyi kimi mühüm önəm kəsb edir
05.01.2026 [14:58]
İdmanın inkişafı strateji dövlət xətti kimi müəyyən edilib və bu istiqamətdə uzunmüddətli proqramlar icra olunub. İdman infrastrukturunun faktiki olaraq yenidən qurulması, bölgələrdə müasir Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi bu siyasətin təzahürüdür. Təkcə bu il Gəncə və Yevlaxda yeni komplekslərin açılması ilə bölgələrdəki Olimpiya İdman komplekslərinin sayı 46-ya çatmışdır ki, bu da regional inkişaf baxımından mühüm göstəricidir. 2025-ci il idman sahəsi üçün mühüm nailiyyətlərlə yadda qalmışdır. İlin yekunlarına həsr olunmuş mərasimdə çıxış edən Prezident İlham Əliyev idmançıların beynəlxalq arenalarda qazandıqları uğurların dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsi olduğunu vurğulamışdır. İl ərzində beynəlxalq yarışlarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanılması rekord göstəricidir və bu dinamika əvvəlki illərlə müqayisədə artım tendensiyasını nümayiş etdirir. Dövlətimizin başçısının çıxışında vurğulanan məqamlardan biri sağlam gənc nəslin formalaşdırılması məsələsi olmuşdur. Fiziki cəhətdən sağlam, mənəvi baxımdan möhkəm gənclik olmadan nə idman uğurları, nə də davamlı tərəqqi mümkündür. Uşaqlıqdan idmana marağın təşviqi, bölgələrdə yaradılmış geniş imkanlar gəncləri fəal həyata cəlb edir və bu amil gələcək nailiyyətlərin əsasını təşkil edir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim edilmişdir. İlk dəfə olaraq UFC üzrə beynəlxalq turnirin Bakıda təşkili də xüsusi əhəmiyyət daşıyır. Dünyanın ən populyar idman yarışlarından birinin paytaxtda keçirilməsi ölkənin qlobal idman məkanında artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir. Turnirin dünya mediasında geniş işıqlandırılması ölkənin müasir simasının təqdimatına mühüm töhfə verib. 2025-ci ilin ən mühüm idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunlarının yüksək səviyyədə təşkili olmuşdur. Yarışların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə keçirilməsi ölkənin geniş potensialını nümayiş etdirmişdir. Minlərlə xarici qonağın iştirakı ilə keçirilən bu Oyunlar həm təşkilati səviyyə, həm də qonaqpərvərlik baxımından müsbət rəy qazanmış, idmançılar isə komanda hesabında ikinci yerə layiq görülmüşdür. Prezident İlham Əliyevin çıxışında Formula 1 yarışlarının ölkənin beynəlxalq miqyasda tanıdılmasında mühüm rol oynadığı qeyd olunmuşdur. İlk yarışdan sonra xarici turistlərin sayının 20 faiz artması idmanın turizmə və iqtisadi fəallığa birbaşa təsirini nümayiş etdirir. Bu il bütün biletlərin əvvəlcədən satılması və yarışın yarım milyardlıq auditoriyaya çatması Bakı şəhər yarışının beynəlxalq miqyasda necə böyük maraq doğurduğunu göstərir. Bu cür tədbirlər ölkənin imicini möhkəmləndirən mühüm amillərdən biri kimi dəyərləndirilmişdir. İlk dəfə olaraq Qusarda, Şahdağ Xizək Kurortunda Xizək üzrə Dünya Kubokunun keçirilməsi də tarixi hadisə kimi qeyd olunmuşdur. Bu yarışla Şahdağ beynəlxalq xizək təqviminə daxil olur. Mərkəzin davamlı inkişafı, yeni trasların istifadəyə verilməsi, özəl sektorun artan marağı minlərlə iş yerinin yaradılmasına və bütövlükdə regionun sosial-iqtisadi canlanmasına səbəb olmuşdur. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur, su anbarlarında keçirilən idman yarışları idmanın coğrafiyasının genişləndiyini və yeni imkanların formalaşdığını göstərir. Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi qürur mənbəyi kimi mühüm önəm kəsb edir. Bu titul idman sahəsində görülən işlərə verilən beynəlxalq qiymət olmaqla yanaşı, gələcək üçün böyük məsuliyyət də yaradır. İdmançıların və mütəxəssislərin mükafatlandırılması artıq uzun illər davam edən ədalətli bir ənənəyə çevrilmişdir. İdman şöhrətini ucaldan insanların dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılması təqdirəlayiq haldır. Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş çıxışı bir daha sübut edir ki, idman sahəsində əldə olunan uğurlar sistemli siyasətin, güclü infrastrukturun və sağlam dəyərlərə əsaslanan yanaşmanın nəticəsidir. Qazanılan nailiyyətlər təkcə idman qələbələri deyil, həm də milli birliyin, beynəlxalq nüfuzun və gələcəyə inamın ifadəsidir. Bu kursun davam etdirilməsi idmanın cəmiyyətin bütün sahələrində müsbət təsirini daha da gücləndirəcəkdir.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42

