Beynəlxalq yarışlar Azərbaycanın idman potensialını dünyaya nümayiş etdirir
05.01.2026 [16:29]
Ötən il dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin əsas tərkib hissələrindəndir. Bu istiqamətdə atılan addımların uğurlu nəticələri idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların, həmçinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq idman tədbirlərinin say tərkibində də özünün aydın ifadəsini tapır. 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev idmanın inkişafını şərtləndirən amillərdən, ölkəmizin 2026-cı ildə ev sahibliyi edəcəyi yarışlardan, həmçinin Bakının 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” seçilməsindən geniş bəhs etdi. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur. İdmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.
“Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, idman infrastrukturu sıfırdan qurulub. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. 2025-ci ildə Gəncədə və Yevlaxda Olimpiya İdman Kompleksinin tikintisi başa çatıb. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. Bütün bunlar, eyni zamanda, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Cənab İlham Əliyev bu çağırışı səsləndirdi ki, sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır. Uşaqlıqdan idmana göstərilən maraq gələcəkdə idman uğurlarına yol açır.
Beynəlxalq yarışlar Azərbaycanın idman potensialını dünyaya nümayiş etdirir. Bakı və regionlarda keçirilən möhtəşəm yarışlar, turnirlər ölkəmizin idman mərkəzi kimi mövqeyini möhkəmləndirir. Azərbaycan ötən il III MDB Oyunlarına ev sahibliyi etdi. Cənab İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə diqqəti bu tədbirə yönəldərək bildirdi ki, Oyunlar çox yüksək səviyyədə keçirildi. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirildi. Bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirildi. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərdilər. Komanda hesabında ikinci yerə layiq görüldük. Bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir.
2025-ci ildə ölkəmizdə, həmçinin ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirildi. Bu da dünya miqyasında ən populyar idman yarışıdır. Dövlət başçısı onu da qeyd etdi ki, adətən bu yarışların əksər mərhələləri Amerikada, yaxud da ən inkişaf etmiş ölkələrdə keçirilir. Bakının da bu siyahıya salınması ölkəmizin potensialını göstərir. Ölkəmiz artıq bu sahədə də öz fəaliyyətini göstərir. Minlərlə iştirakçının, xarici qonağın iştirakı ilə keçirilən və dünya mediası tərəfindən işıqlandırılan belə bir yarış ölkəmizin təqdimatıdır.
Qeyd etdiklərimiz 2025-ci ildə idman sahəsində qazanılan uğurların çox az bir hissəsidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində bütün sahələrdə, o cümlədən idmanda yaradılan möhkəm təməl ölkəmizin qarşısında geniş imkanlar açır. 2025-ci ilin uğurları 2026-cı ilin də ölkəmiz üçün uğurlu olacağını təsdiqləyir. Bakı şəhərinin 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” seçilməsi özündə bütün məqamları ehtiva edir.
Etibar Hacıyev
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

