Azərbaycan böyük investisiyalar məkanına çevirib
12.01.2026 [15:42]
Azərbaycanın beynəlxalq siyasətdə rolu təkcə ərazi və hərbi gücə əsaslanmır, həm də enerji resursları üzərində qurulmuş strateji diplomatiya ilə təzahür edir. Enerji diplomatiyası Azərbaycan üçün həm iqtisadi, həm də siyasi vasitədir və qonşu dövlətlər, eləcə də qlobal güclər tərəfindən diqqətlə izlənilir. Ölkəmiz enerji resurslarını regional və qlobal əməkdaşlıq vasitəsi kimi istifadə etməklə qonşularla balanslı münasibət qurur. Bu, həm iqtisadi asılılığı, həm də siyasi etimadı təmin edir. Odur ki, Azərbaycanın beynəlxalq siyasətdəki rolu yalnız geosiyasi mövqeyə deyil, həm də strateji enerji üstünlüyünə əsaslanır. Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır.
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq. 2022-ci ildə əsası qoyulan bu stansiya “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır. Qeyd etdi ki, bu stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verməklə yanaşı, ölkəmizə cəlb olunan 340 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiyanın, beynəlxalq etimadın bariz nümunəsidir.
Yanvarın 8-də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının “Gülüstan” sarayında keçirilən rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin etdiyi çıxış bir daha göstərdi ki, Azərbaycan enerji siyasətini yalnız cari tələbatın ödənilməsi prizmasından deyil, uzunmüddətli strateji hədəflər, milli təhlükəsizlik və qlobal məsuliyyət əsasında formalaşdırır.
Prezident İlham Əliyev çıxışında bəyan etdi:”Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Mən bu yaxınlarda bu məsələ ilə bağlı geniş danışmışam. Sadəcə olaraq, onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir.”
Bu gün sabitliyin və normal biznes mühitinin yaradılması, Azərbaycanı qısa müddətdə böyük investisiyalar məkanına çevirib. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardan çoxdur ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Artıq ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlər yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmindirlər.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə birgə həyata keçirilən bu layihə ildə 1 milyard kVt·st elektrik enerjisi istehsal edərək, 220 milyon kubmetr təbii qaza qənaət etməyimizə şərait yaradacaq. Bu, həm iqtisadi səmərəlilik, həm də ixrac potensialımızın artırılması deməkdir. Əminliklə deyə bilərik ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizin bərpaolunan enerji potensialını yeni zirvələrə daşıyacaq.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17

