/ / “Heydər Əliyev ideyaları – İlham Əliyev qətiyyəti: Müasir Azərbaycanın inkişaf modeli” mövzusunda tədbir keçirilib
“Heydər Əliyev ideyaları – İlham Əliyev qətiyyəti: Müasir Azərbaycanın inkişaf modeli” mövzusunda tədbir keçirilib
14.01.2026 [12:42]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə Bakı şəhəri Binəqədi rayonunda fəaliyyət göstərən, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan Kəlbəcər rayon 117 nömrəli tam orta məktəbində 14 yanvar 2025-ci il tarixində “Heydər Əliyev ideyaları – İlham Əliyev qətiyyəti: Müasir Azərbaycanın inkişaf modeli” mövzusunda tədbir keçirilib. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Şahnaz Cəfərova, YAP veteranı, rayon ziyalısı Hüseyn Cəfərov, məktəbin müəllimlərindən Lətafət Qarayeva, Səyyarə Rəhimova, Yeganə Misirova və digər çıxış edənlər bildiriblər ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışı ölkə tarixində mühüm dönüş nöqtəsi olub. Ulu Öndər qısa müddətdə vətəndaş müharibəsi təhlükəsinin qarşısını alaraq ölkədə ictimai-siyasi sabitliyi təmin edib, Azərbaycanı dərin böhrandan xilas edərək davamlı inkişaf yoluna çıxarıb. Qeyd olunub ki, Heydər Əliyevin müdrikliyi, qətiyyəti və uzaqgörən siyasəti Azərbaycan dövlətçiliyinin möhkəm əsaslarını formalaşdırıb. Onun müəyyənləşdirdiyi siyasi, ideoloji və iqtisadi inkişaf kursu bu gün də ölkəmizin tərəqqisinin əsas dayağı kimi çıxış edir. Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.
Çıxışlarda vurğulanıb ki, məhz bu ideyalar və Prezident İlham Əliyevin milli maraqlara əsaslanan müdrik daxili və xarici siyasəti Azərbaycanın XXI əsrin ən uğurlu dövlətlərindən birinə çevrilməsini təmin edib. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan tarixi Zəfər qazanmış, dövlət suverenliyi tam bərpa olunmuşdur. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, “Böyük Qayıdış” Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına mərhələli şəkildə köçürülürlər. Tədbir çərçivəsində gənc nəslin Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, milli-mənəvi dəyərlərə sadiqlik, vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunmasının, sağlam həyat tərzinin təşviqinin və zərərli vərdişlərə qarşı mütəmadi maarifləndirmə işlərinin aparılmasının vacibliyi ətraflı müzakirə olunub.Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəallığı ilə seçilən bir qrup partiya üzvü fəxri fərmanlarla təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

