Məqsədimiz Qafqazda əbədi sülhə nail olmaqdıqdır.
23.01.2026 [14:28]
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə mahiyyət etibarilə Azərbaycanın mövcud beynəlxalq nizamda tutduğu yeri, regional liderlik iddiasını və xarici siyasətdə seçdiyi praqmatik xətti açıq şəkildə ortaya qoyur.
Müsahibədə Cənubi Qafqazda yaranmış yeni vəziyyətə də xüsusi diqqət ayrılmışdır. Otuz ildən artıq davam edən münaqişə və qan tökülməsindən sonra Cənubi Qafqazda sülhün bərqərar olması tarixi nailiyyətdir. Ölkə başçısı qeyd etdi ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir.Bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur.
Bu gün Azərbaycan-Ermənistan münasibətlərinin qarşıdurmadan əməkdaşlığa doğru dəyişməsi göstərir ki, Bakı sülhü real addımlarla təmin edir. Nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması, enerji təchizatının təmin olunması regionda qarşılıqlı etimadın formalaşmasına xidmət edir.
Müsahibədə Cənab Prezidentin vurğuladığı əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan heç bir blokun kor-koranə üzvü deyil və öz təhlükəsizliyini, iqtisadi maraqlarını əsasən daxili potensialı və düzgün qurulmuş tərəfdaşlıqlar hesabına təmin edir. Bu mesaj xüsusilə Davos kimi Qərb mərkəzli platformada səsləndirildiyi üçün daha böyük siyasi çəkiyə malikdir
Müsahibədə enerji məsələsi ilə bağlı Azərbaycanın roluna da xüsusi diqqət yetirilib. Dövlət başçısı vurğuladı ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Azərbaycanın enerji sahəsində oynadığı rol həm regional, həm də qlobal əhəmiyyət daşıyır. Bu gün ölkəmiz Cənubi Qafqazın əsas enerji təminatçısı olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır. 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edən Azərbaycan boru kəməri qazının coğrafi əhatəsinə görə dünyada lider mövqedədir. Bu, həm Azərbaycanın iqtisadi gücünün, həm də etibarlı tərəfdaş imicinin göstəricisidir.
Müsahibədə həmçinin Avropa Parlamentinin Azərbaycanın müstəqil siyasətinə qarşı qərəzli münasibətinə də diqqət yetirilib, Prezident xüsusi olaraq artıq Avropa Parlamentinin tənqidlərinə reaksiya verilməsinin dayandırıldığını və əməkdaşlığın yalnız konstruktiv formatda – Avropa Komissiyası ilə davam etdirildiyini bildirib. Bu mövqe Azərbaycanın müstəqil və prinsipial diplomatik siyasətini nümayiş etdirmək baxımından olduqca vacibdir.
Ümumiyyətlə, müsahibədə Azərbaycanın sabitlik, sülh və inkişaf strategiyası, enerji və diplomatiya sahəsindəki gücü, həmçinin beynəlxalq nüfuzu bir daha vurğulanıb. Prezident İlham Əliyevin açıqlamaları ölkənin regional liderlik və qlobal əməkdaşlıq potensialını bir daha təsdiqləyir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58

