Yeni dünya nizamında regional sülh və enerji təhlükəsizliyinin strateji konturları
26.01.2026 [16:30]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə qlobal proseslərə dair mühüm mesajlarla yadda qalıb. Müsahibədə dövlətimizin başçısı tərəfindən beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalar, regional sabitlik, enerji diplomatiyası, eləcə də Cənubi Qafqazda formalaşan yeni reallıqlar ətraflı şəkildə təhlil edilib. Səsləndirilən fikirlər göstərir ki, hazırkı mərhələdə dövlətlərin uğuru artıq yalnız hüquqi mexanizmlərlə deyil, milli maraqların rasional qorunması və real güc balansının düzgün hesablanması ilə müəyyən olunur.
Beynəlxalq hüquq normaları bu gün əvvəlki kimi mütləq xarakter daşımır. Qlobal siyasətdə ikili standartların artması, selektiv yanaşmalar və ədalətsiz qərarlar bir sıra hallarda hüququn deyil, gücün üstün mövqedə dayandığını göstərir. Belə bir şəraitdə strateji məqsəd milli maraqlar əsasında nəticə əldə etmək, eyni zamanda beynəlxalq hüquqa sadiq qalaraq ədalətli mövqeni qorumaqdan ibarət olub. Həyata keçirilən siyasi kurs, suverenliyin və ərazi bütövlüyünün tam təmin edilməsi məhz hüquqi əsaslara söykənib və ümumi dəyərlərlə uzlaşan şəkildə reallaşdırılıb. Bu yanaşma göstərir ki, hər bir dövlət öz strategiyasını mövcud potensialına uyğun qurmalı, xüsusilə region ölkələri ilə sağlam münasibətlər formalaşdırmalı, çoxtərəfli əməkdaşlıq şəbəkəsini genişləndirməlidir. Məhz bu xətt uzunmüddətli sabitliyin əsas təminatıdır.
Dövlətimizin başçısına “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi Qafqazda sülhün bərqərar olunması istiqamətində görülən işlərə beynəlxalq səviyyədə verilən yüksək dəyər kimi qiymətləndirilir. 30 ildən artıq davam edən münaqişələrdən, qanlı toqquşmalardan və itkilərdən sonra regionun yeni mərhələyə qədəm qoyması tarixi hadisədir. Artıq bir neçə aydır davam edən sabitlik mühiti cəmiyyət üçün tamamilə yeni bir reallıq formalaşdırıb. Uzun illər müharibə şəraitində yaşamış insanlar üçün sülh atmosferi həm psixoloji, həm də sosial-iqtisadi baxımdan böyük imkanlar yaradır.
Ermənistanla münasibətlərin qarşıdurmadan əməkdaşlığa keçməsi də bu mərhələnin mühüm göstəricisidir. Nəqliyyat və yükdaşımalar üzrə məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi təmasların artması, enerji məhsullarının tədarükü qarşılıqlı fayda modelinin formalaşdığını göstərir. Bu proseslər regionda müvəqqəti deyil, davamlı və hətta əbədi sülhün mümkünlüyünü gücləndirir.
Prezident İlham Əliyev daxili sabitlik məsələsinə toxunarkən qeyd edib ki, ölkə daxilində potensial risklər mövcud deyil. Potensial təhlükələr əsasən xarici amillərlə bağlı ola bilər. Bu isə dövlətin təhlükəsizlik siyasətinin düzgün qurulduğunu, ictimai-siyasi mühitin möhkəm əsaslara söykəndiyini nümayiş etdirir. Region ətrafında baş verən qeyri-sabitlik, xüsusilə qonşu ərazilərdə müşahidə olunan gərginliklər diqqətlə izlənilir. Çünki sabitlik, proqnozlaşdırıla bilənlik və sülh istənilən inkişaf strategiyasının əsas şərtidir. Müharibə təcrübəsi yaşamış cəmiyyət üçün bu dəyərlərin əhəmiyyəti daha dərindən hiss olunur.
Dövlətimizin başçısının müsahibəsində enerji məsələləri də qeyd olunub. Neft bazarındakı sabit qiymətlər həm hasilatçılar, həm də istehlakçılar üçün uzunmüddətli planlaşdırma imkanı yaradır. Bu amil qlobal iqtisadi təhlükəsizliyin vacib elementidir. Bu gün Azərbaycan Cənubi Qafqazda enerji resurslarını ixrac edən əsas mərkəz kimi çıxış edir. Qonşu dövlətlər və Avropa ilə əməkdaşlıq getdikcə genişlənir. Artıq 16 ölkəyə təbii qaz tədarük olunur, onların əksəriyyəti Avropa İttifaqına daxildir. Boru kəməri şəbəkəsinin geniş coğrafiyanı əhatə etməsi enerji xəritəsində strateji mövqeni daha da möhkəmləndirib. Müasir infrastruktur, etibarlı tərəfdaş imici və sabit siyasi kurs nəticəsində Azərbaycan enerji təhlükəsizliyi sahəsində mühüm rol oynayır. Bu amil həm tərəfdaş dövlətlər üçün dayanıqlı təchizat deməkdir, həm də ixrac üçün yüksək dəyərli bazarlara çıxış imkanı yaradır.
Avropa Parlamentinin davamlı tənqidlərinə münasibətdə artıq reaksiya verilməməsi siyasi praqmatizmin göstəricisi kimi təqdim olunur. Qərəzli qərarlar və əsassız ittihamlar fonunda emosional cavab vermək əvəzinə real əməkdaşlıq platformalarına üstünlük verilir. Bu baxımdan Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi konstruktiv xətt kimi seçilib. Paralel olaraq, bəzi dairələrin müstəqil siyasəti qəbul etməməsi və lobbiçilik fəaliyyəti ilə təzyiq göstərməsi açıq şəkildə ifşa edilir.
Sülh müqaviləsinin paraflanması isə göstərir ki, regionda əməkdaşlıq imkanları getdikcə genişlənir. Davosdan səslənən mesajların ümumi məntiqi aydındır: dəyişən dünya nizamında yalnız güclü iqtisadiyyat, milli birlik, praqmatik diplomatiya və etibarlı tərəfdaşlıq siyasəti uğur gətirə bilər. Sülh quruculuğu, təhlükəsizlik mühitinin möhkəmləndirilməsi və enerji diplomatiyasının genişləndirilməsi regionu yeni inkişaf mərhələsinə çıxarır. Bu kurs həm daxili sabitliyi qoruyur, həm də beynəlxalq müstəvidə mövqeləri gücləndirir. Beləliklə, Davos müsahibəsi təkcə cari proseslərin şərhi deyil, həm də qarşıdakı illər üçün sülhə, əməkdaşlığa və dayanıqlı tərəqqiyə əsaslanan strateji yol xəritəsi kimi dəyərləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

