/ / YAP Nəsimi rayon təşkilatında partiyanın yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
YAP Nəsimi rayon təşkilatında partiyanın yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
16.11.2013 [09:59]
Məlahət İbrahimqızı: Bu gün Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının böyük rolu vardır
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən Azərbaycan Dillər Universitetində xalqımızın əlamətdar günləri hesab olunan 9 noyabr- Dövlət Bayrağı Günü, 12 noyabr- Konstitusiya Günü və Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, Nəsimi rayon İcra Hakimiyyətinin (İH) başçısı Nəsib Məhəməliyev, eləcə də, ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edən ziyalılar, rayon ərazisində yerləşən ali təhsil ocaqlarının professor-müəllim heyəti, fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, ölkə ictimaiyyəti bu günlərdə çox əlamətdar hadisələri qeyd edir.
“Biz bu gün hələ də oktyabrın 9-da ölkəmizdə keçirilmiş prezident seçkilərinin nəticələrinin sevinci ilə yaşayırıq. Çünki bu, Azərbaycan xalqının arzusunu, istəyini və iradəsini özündə əks etdirən bir sevincdir. Bu sevinc möhtərəm Prezidentimiz İlham Əliyevin gördüyü işlərə xalqımızın verdiyi qiymət və hörmətdir. Azərbaycan xalqı dövlət başçımızın ötən on il müddətində ölkəmizin inkişafı üçün gördüyü misilsiz xidmətləri layiqincə qiymətləndirərək, növbəti 5 ildə də Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun davam etdirilməsinə, bu gün Azərbaycanı dünyada şöhrətləndirən, onu daha uca zirvələrə apara bilən bir liderə səs verdi”, deyən millət vəkili daha sonra əlavə edib ki, bugünkü (dünənki - red.) tədbir həm də Azərbaycan dövlətçiliyinin tarixində mühüm əhəmiyyət kəsb edən hadisələrə - Dövlət Bayrağı Günü və Konstitusiya Gününə, eləcə də, 21 noyabr YAP-ın yaradılmasının növbəti ildönümünə həsr olunub.
Onun sözlərinə görə, hər bir müstəqil dövlətin atributu onun bayrağı və Əsas qanunu - Konstitusiyası hesab olunur. Odur ki, bu iki bayram Azərbaycanda da hər il çox yüksək səviyyədə qeyd olunur. “Əgər xatırlayırsınızsa, seçkilər ərəfəsində Prezident İlham Əliyev Şəmkir rayonuna səfəri zamanı rayonda bayraq meydanının açılışında iştirak etdi. Möhtərəm Prezidentimiz Öz çıxışında qeyd etdi ki, Dövlət Bayrağı Gününün qeyd olunması həm Azərbaycan xalqının taleyində, həm də vətənpərvərlik və dövlətçilik ənənələrinin gündən-günə daha da güclənməsində böyük əhəmiyyəti olan siyasi addımdır”, deyən təşkilat sədri, bu bayramın artıq 4 ildir ölkəmizdə keçirilməsini sevindirici hal kimi qiymətləndirib. Onun sözlərinə görə, bu gün ən ucqar rayon mərkəzlərində, ucqar dağ kəndlərimizdə belə analoji bayraq meydanları var və bu meydanlarda dövlətimizin üçrəngli, ay-ulduzlu bayrağı dalğalanmaqdadır.
Hər bir dövlətin tarixində konstitusiyanın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən millət vəkili, bu baxımdan 12 noyabr-Konstitusiya Gününün Azərbaycanda da qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.
Digər bir əlamətdar hadisə - müasir, müstəqil Azərbaycan dövlətinin tarixində mühüm yeri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü barədə danışan M.İbrahimqızı qeyd edib ki, partiyamızın yaşı, demək olar ki, müstəqil dövlətimizin yaşı qədərdir.
“Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövləti ilə demək olar ki, paralel addımlayıb. Bu gün Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının böyük rolu vardır. Bu nailiyyətlərin qazanılmasında hər bir partiya üzvümüzün böyük əməyi vardır. Bütün bu xidmətlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və gələcək nəsillərə çatdırılacaq. Çünki Yeni Azərbaycan Partiyası böyük bir şəxsiyyətin - bütün həyatını Azərbaycan xalqına həsr etmiş çağdaş dövlətimizin banisi Ulu öndərimiz Heydər Əliyevin ideyaları ilə yaranıb”, deyən təşkilat sədri hər bir partiya üzvünün Azərbaycanın qazandığı bu uğurlarla qürur duyduğunu vurğulayıb.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvü, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev isə deyib ki, bu günlərdə Azərbaycanda bayramlar bir-birinə qarışıb. Qısa zaman kəsiyində ölkədə 9 Noyabr-Dövlət Bayrağı günü və 12 Noyabr-Konstitusiya günü qeyd olunub. Ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən digər bir hadisə isə Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümüdür. “Yeni Azərbaycan Partiyası yarandığı gündən çox böyük və şərəfli yol keçib. Partiya yarandıqdan sonra qısa müddət müxalifətdə olub, sonra isə iqtidar partiyasına çevrilib. Hakimiyyətdə olduğu illərdə YAP xalqımız üçün çox taleyüklü məsələləri həll edib. Partiyamız 5 dəfə prezident, 4 dəfə parlament , 3 dəfə bələdiyyə seçkilərində iştirak edib. Partiyamız bütün bu seçkilərdə möhtəşəm qələbələr qazanıb. Bu gün Azərbaycan nəinki regionda, hətta dünya miqyasında xüsusi çəkiyə malik bir ölkəyə çevrilib. Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür, bu təşkilatlarda söz sahibidir. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq Rusiyadan sonra keçmiş SSRİ dövlətlərindən yalnız Azərbaycana nəsib olub. Bu gün Azərbaycan dünyanın taleyüklü məsələlərinin həllində iştirak edir. Bütün bunlar sözsüz ki, Azərbaycan hakimiyyətinin, o cümlədən, Yeni Azərbaycan Partiyasının uğurlarıdır. Hazırda Yeni Azərbaycan Partiyası cəmiyyətinin bütün intellektual potensalını öz ətrafında birləşdirməkdədir. Odur ki, əminliklə söyləyə bilərəm ki, bu gün Azərbaycan xalqının maraqlarını həm daxildə, həm də ölkə xaricində müdafiə edən yeganə partiya məhz Yeni Azərbaycan Partiyasıdır”, - deyən natiq, YAP-ın ölkənin taleyüklü məsələlərinin öhdəsindən layiqincə gəlmək iqtidarında olduğunu vurğulayıb.
Tədbirin davamında YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və təşkilatın İdarə Heyətinin üzvü Nəsib Məhəməliyev Yeni Azərbaycan Partiyasına üzv olan tələbə-gənclərə partiyaya üzvlük vəsiqələri təqdim ediblər.
Sonra tədbir Nəsimi rayon ərazisində yerləşən ali təhsil ocaqlarının bədii özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilib.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

