Fərqli qitələrdən sonsuz etimada: Azərbaycan – Serbiya dostluğu
20.02.2026 [10:28]
Ötən əsrin sonlarından qurulan Azərbaycan ilə Serbiya arasında münasibətlər qurulduğu vaxtdan sürətlə inkişaf edən, qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan əməkdaşlıq modeli kimi diqqət çəkir. Fərqli qitələrdə yerləşməklərinə baxmayaraq Azərbaycan və Serbiya arasında olan sonsuz etimad və dostluq münasibətləri hər mövzuda qabarıq şəkildə büruzə verir. Bu münasibətlər təkcə diplomatik çərçivə ilə məhdudlaşmır, həm də siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi və humanitar əməkdaşlıq istiqamətlərində real nəticələrlə müşayiət olunur. Azərbaycanın multikultural dəyərlərə əsaslanan siyasəti və Serbiyanın zəngin tarixi-mədəni irsi qarşılıqlı hörmət mühitinin formalaşmasına zəmin yaradır. Bu kontekstdə humanitar əməkdaşlıq siyasi münasibətlərin davamlılığını təmin edən mühüm amil kimi çıxış edir.
Fevralın 15-də Cənab Prezident İlham Əliyevin Serbiyaya həyata keçirdiyi səfər iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Cənab Prezident İlham Əliyevin Serbiya Respublikasına əhəmiyyətli səfəri olduqca əlamətdar nüanslarla yadda qaldı. Hər iki ölkə başçısının bir-birlərinə qarşı yüksək hörmət və istiqanlı dostluq münasibəti bu səfərin əhəmiyyətini təsdiq etmiş oldu. Səfər çərçivəsində keçirilən görüşlərdə siyasi əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və enerji sahəsində yeni imkanların araşdırılması əsas müzakirə mövzuları oldu. Bu səfər, həmçinin iki ölkə arasında qarşılıqlı etimadın daha da möhkəmləndiyini nümayiş etdirdi.
Azərbaycan–Serbiya əlaqələrinin əsas sütunlarından biri yüksək səviyyəli qarşılıqlı səfərlər və davamlı siyasi dialoqdur. Dövlət başçıları və hökumət nümayəndələri arasında müntəzəm görüşlər münasibətlərin sistemli şəkildə inkişafına təkan verir. Bu dialoq formatı strateji əməkdaşlıq haqqında sənədlərin imzalanması, hökumətlərarası komissiyaların fəaliyyəti və yeni layihələrin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Azərbaycanın zəngin enerji resursları və Avropanın enerji təhlükəsizliyində artan rolu Serbiya üçün mühüm əhəmiyyət daşıyır. Enerji sahəsində əməkdaşlıq iki ölkə münasibətlərinin prioritet istiqamətlərindəndir. Azərbaycanın qaz ixrac imkanlarının genişlənməsi Balkan regionu üçün alternativ və etibarlı enerji mənbəyi yaradır. Bununla yanaşı, tikinti, infrastruktur, kənd təsərrüfatı və investisiya sahələrində də əməkdaşlıq potensialı genişdir. Azərbaycan şirkətlərinin Serbiyada, Serbiya şirkətlərinin isə Azərbaycanda fəaliyyət imkanları iqtisadi münasibətlərin qarşılıqlı fayda prinsipi əsasında inkişaf etdiyini göstərir. İkitərəfli ticarət dövriyyəsinin artması və yeni birgə layihələrin təşviqi tərəflərin uzunmüddətli maraqlarına xidmət edir.
Cənab Prezident İlham Əliyevin 15 fevral 2026-cı il tarixli Serbiya səfəri Azərbaycan–Serbiya əlaqələrinin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Səfər zamanı əldə olunan razılaşmalar və verilən mesajlar göstərdi ki, tərəflər əməkdaşlığı daha geniş coğrafiyada və daha çox sahədə inkişaf etdirmək niyyətindədir.
Ölkə başçılarının mətbuata bəyanatla çıxışlarında yüksək səviyyədə hörmət və etimadın şahidi olduq. Serbiya Respublikasının prezidenti Aleksandar Vuçiçin bu fikirlərini qeyd etmək istəyirəm – “Mən Azərbaycan xalqına, şəxsən Sizə möhtərəm cənab Prezident, böyük ehtiramımı ifadə etmək istəyirəm. Həmçinin Serbiya xalqı qarşısında və əlbəttə, Azərbaycan xalqı qarşısında söyləmək istəyirəm ki, hər dəfə Sizinlə danışanda çox şey öyrənirəm, bir çox məsələləri təcrübəli dövlət xadimi, həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə müvəffəq oluram. Buna görə hər zaman öz biliyinizi mənimlə paylaşdığınıza, mənim ölkəmin, rəhbərlik etdiyim ölkənin çox yaxşı mətləblər öyrənməli olduğu bizimlə belə əlaqələr qurduğunuza görə Sizə təşəkkür edirəm.” Bu xoş sözlərin və yüksək etimadın ünvanlandığı Cənab İlham Əliyev regionda və dünya miqyasında həqiqi lider imicini öz əvəzsiz və qətiyyətli siyasi xətti ilə qazanmışdır. Ölkə başçımızın öz növbəsində həmkarına ünvanladığı bu sözlər qarşılıqlı etimadın təcəssümüdür – “Burada mən Prezident Vuçiçin çox yüksək liderlik keyfiyyətlərini qeyd etmək istərdim. Bildiyiniz kimi, bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var. Bilirəm ki, Prezident Vuçiç Serbiya xalqına, dövlətinə, dövlət maraqlarına nə qədər bağlı olan insandır və hər bir ölkənin uğurunun arxasında məhz bu amillər dayanır. Biz, əlbəttə ki, Serbiyanın dostları kimi bunu yüksək qiymətləndiririk və buna görə sevinirik.”
Dəqiq olan odur ki, Azərbaycan ilə Serbiya arasında münasibətlər qarşılıqlı etimada əsaslanan, praqmatik və gələcəyə hesablanmış tərəfdaşlıq modelidir. Bu model regional sabitliyə, iqtisadi inteqrasiyaya və enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, iki xalq arasında dostluq bağlarını da möhkəmləndirir. Azərbaycan–Serbiya münasibətlərinin inkişaf xətti göstərir ki, qarşılıqlı siyasi iradə və ortaq maraqlar mövcud olduqda coğrafi məsafə əhəmiyyətini itirir. 15 fevral 2026-cı il səfəri isə bu strateji tərəfdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.
David Həsənov
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

